Türkiyədə şok:-Temperatur 50 dərəcəni keçib

Bölmə: Dünya › ,
Tarix: 23:51 25.07.2025

İyulun 25-də Türkiyədə yeni temperatur rekordu qeydə alınıb.


"İnformator.az" "Axar.az"a istinadən 
xəbər verir ki, ölkənin cənub-şərqindəki Şırnak vilayətinin Silopi rayonunda termometrlər 50 dərəcədən yuxarı temperatur göstərib. Bu, meteoroloji müşahidələr tarixində qeydə alınmış ən yüksək göstəricidir.

 

Ölkənin bir çox vilayətinin yerli hakimiyyət orqanları əhalini zərurət olmadıqca çölə çıxmamağa çağırıb.


Ankara da daxil olmaqla, onlarla şəhərdə temperatur 40 dərəcədən yuxarı olub.

 

Meteoroloqlar bildirirlər ki, ölkə üzrə temperatur mövsümi normanı 7-12 dərəcə üstələyir. Havanın soyuması iyulun 31-dən sonraya proqnozlaşdırılır.