Makronun Fələstini tanımaqla bağlı sözlərinin çəkisi yoxdur-Tramp

Tarix: 23:57 25.07.2025
Fransa Prezidenti Emmanuel Makronun rəsmi Parisin Fələstin dövlətini tanımağa hazır olması barədə sözlərinin çəkisi yoxdur.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evin Cənub çəmənliyində jurnalistlərlə söhbəti zamanı söyləyib.
"Bu bəyanatın heç bir çəkisi yoxdur. O, yaxşı oğlandır, mən onu bəyənirəm. Amma bu bəyanatın çəkisi yoxdur", - Tramp jurnalistlərin Makronun sözlərini şərh etməklə bağlı xahişinə cavab olaraq bildirib.