“Ukrayna müvəqqəti geri çəkilib güc toplamalıdır” -ŞƏRH

Tarix: 00:25 26.07.2025
“Rusiya və Ukraynanı birbaşa danışıqları davam etdirməyə çağırırıq”. Bu sözləri ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Tommi Piqot İstanbul danışıqlarını şərh edərkən deyib.
Mövzu ilə bağlı politoloq Turan Rzayev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycan- Ermənistan sülh danışıqları da bir daha onu göstərdi ki, dövlətlərarası problemli dövlətlərin məsələlərini həll etmək üçün hər şeydən öncə onların ikitərəfli birbaşa danışıqlara getməsi daha vacibdir:
“Vasitəçilərin iştirakı ilə keçirilən görüşlər təəssüf ki, çox effektiv olmur. Ola bilsin bu ötən əsrin reallıqları üçün keçərli idi. Yanlış olaraq da son 20-30 ilə yaxındır ki, fərqli münaqişələrdə vasitəçi kimliyi ilə başqa dövlətlər iştirak edir. Amma nəticə ondan ibarətdir ki, 2000-ci ildən bu tərəfə münaqişələrin tam bitməməsinin səbəbi məhz tərəflərin ikili danışıqlara gedə bilməməsi, Azərbaycan -Ermənistan münaqişəsində ATƏT-İN minsk qrupu kimi çox mənasız qurum yaradılıb və danışıqların bu qurum üzərində aparılmasıdır. Amerikanın Rusiyanın ,Çinin oldu platformalarda Avropa İttifaqının olduğu çərçivəsində görüşlər keçirilir. Onların müdaxilələri ilə sülhün əldə edilə bilməməsidir. Əgər burada həqiqətən bir münaqişənin bitməyindən danışırıqsa, mütləq şəkildə tərəflərə qarşılıqlı danışmaq üçün fürsət tanımaq lazımdır. Bəlkə elə problemlər var ki, onlar tərəflər arası dialoqların həll edilə bilər və bu digər tərəflərin maraqlarını zidd olacaq. Çox zaman əslində danışıqların real nəticəsinin olmamasının səbəbi budur. Bütün münaqişələrdə hazırda problem budur ki, naqşillərdə maraqlı olan qüvvələr, həm də vasitəçi kimi iştirak edir. Əgər sülhə bir balaca ümid varsa da, onu münaqişədə maraqlı olan tərəfin maraqlarına zidd kimi gedirsə, o zaman müdaxil edir. Bu da tərəflərin sülhlə nəticələnməməsinə gətirib çıxarır. Bu baxımdan əslində Amerikanın təşəbbüsü irəli sürməsi hər halda müsbət bir addım kimi qiymətləndirmək olar. Amerika bu məsələdə nə qədər səmimidir demək hələki çətindir. Amerika Birləşmiş Ştatları üçün ayrı bir dəyəri var. Onun maraqlarıdır. Amerika maraqları çərçivəsində proses bu cür gedirsə, təbii ki, Amerika müsbət mövqe sərgiləyir. İndiki məqamda Amerikanın Rusiya və Ukrayna ərazisində bir sülh əldə edə biləcəyini hesab olunmur. Amma həqiqətdir ki, Rəsmi Vaşinqton prosesin hərbi tərəfinin bitməsinin istəyir. Bunu Azərbaycan-Ermənistan münaqişəsi ilə müqayisə etmək olar. 1994-cü ildə atəşkəs sazişi imzaladıq. Faktiki olaraq bir müddət müharibə ara verdik. Düzdür, atəşkəsə çox da əməl olunmurdu. Amma faktiki olaraq atəşkəs bizə bir vaxt qazandırdı. İqtisadiyyatımızı toparladıq, hərbi sahədə inkişaf etdik, beynəlxalq əlaqələrimizi genişləndirdik. Nəhayət ki, müharibə başladı. İkinci Qarabağ Müharibəsi ilə münaqişəni biz bitirdik. Belə olan təqdirdə eynisini Ukrayna üçün olduğunu düşünülmür. Müharibə variantın effektiv olmadığını Trapm başa düşür. Ona görə də müvəqqəti olaraq prosesi dondurmaq istəyir. Bu müddət ərzində də yəqin ki, post Putin dövrü üçün hazırlıq gedəcək. Ukrayna qoşunları modernləşdiriləcək, iqtisadiyyat gücləndiriləcək və Rusiya yenidən zərbə vurmaq üçün belə bir variant hazırlanacaq. Təbii ki, bunu Rusiya bilir. Ona görə də məsələnin sülh kontekstində bitməsini istəyir. Yəni Amerika sadəcə atəşkəs razılaşması istəyir. Rusiya isə sülh istəyir. Bu sülh ərazi itkisi hesabına istəyir, reallaşsın. Təbii olaraq bunu da Amerika tərəfi və xüsusilə də Ukrayna qəbul etmək istəmir. Ərazi itkisi hesabına sülh sazişi çox ciddi fəsadlara gətirib çıxara bilər. Bu digər ölkələri cəsarətləndirə bilər. Onsuz da hazırki beynəlxalq münasibətlər sistemi çox ciddi işləmir. Belə olan təqdirdə bir də işğal prosesləri intensivləşərsə, bu aktların sayı artarsa şübhəsiz ki, bunun qarşısını almaq çətin olacaq. Güclü dövlətlər ancaq bir-birlərini güc yolu ilə məsələləri həll etmək istəyəcək ki, bunun fəsadları böyük olacaq. Ona görə də ərazi itkisi hesabına Amerika sülhə getməyəcək. Amma atəşkəs sazişi içərisində bu ola bilər. Bu tam bir ərazi ikisi hesab olunmur. Çünki gələcəkdə Ukrayna torpaqlarını işğaldan azad edəcəksə, burada kim itki müvəqqəti itkidir. Geri çəkilmə olacaqdır. Nəticə etibarı ilə burada “Prezident İlham Əliyevin Şuşa Qlobal Media forumunda” səsləndirdiyi “Ukrayna xalqı işğalla barışmayacaq” fikirinin də əslində gələcəyə hesablandığının deyə bilərik. O baxımdan da qeyd etmək lazımdır ki, indiki məqamda bu çağırışı hələki müsbətdir Təbii ki, buna qarşı tərəflərin necə bir reaksiya verəcəyini gözləmək lazımdır”.
Politoloq qeyd edib ki, sülhə çağırış üçün tərəflərə beynəlxalq çağırışların olması vacibdir:
“Heç olmaması arxayınlıq hissi yaradacaq. Dövlətlər təzyiqsizlikdən daha da irəliyə gələ bilərlər. Sülh proseslərində beynəlxalq təzyiq vacibdir. Təsadüfi deyildir ki, beynəlxalq təşkilatların təməl yaranma səbəbi də budur. Məsələn BMT-nin özünün bu gün təzyiq mexanizmi çox deyil. Buna görə də dövlətlər münaqişəyə daha çox meyillik siyasəti aparırlar. Bunun da fəsadları böyük olur. Sülh əldə etmək istəyirlərsə də, kompromis variantı hər zaman tələb edilməlidir. Heç nə tək tərəfli olmur. Mütləq şəkildə kompromisə getməlidirlər. Haqlı tərəf olsan belə kompromisə getmək lazımdır. Prinsip etibarı ilə biz bunun ən gözəl nümunəsini Azərbaycan- Ermənistan münaqişəsində görürük. Azərbaycan bu günə qədər kompromis məsələsində hər zaman səxavətli olub. Biz yeri gələndə ermənistana güzəştlər də edirdik. Mövcud vəziyyət çərçivəsində Ukraynanın atəşkəs sazişinə getməsi lazımdı. Hətta bu təəssüf ki, ərazilərinin işğal faktının atəşkəs çərçivəsində qəbulu reallıqları olsa belədir. Ukraynada vaxtında Azərbaycanın atdığı addımları ata bilər. Geri çəkilməklə gələcəyə hesablanan addımlar atmalıdır. Bu gün atəşkəs sazişi imzalansa, Rusiya daxilinə fokuslana bilərlər. Putin sorası hakimiyyətə gələcək şəxs bunun kimi bir şəxs olmayacaqdır. Putin qədər böyük olmayacaqdır. Çünki Rusiya tarixinə baxdıqda, hər zaman Stalin, Putin kimi şəxslərdən sonra Brejnev, Qorbaçov kimi şəxslərin gəldiyini müşahidə etdik. Bu şəxslərdə kifayət qədər özündən öncəkilərdən daha az sərt olan şəxslərdir. Bu dövrü gözləmək lazımdır. Ukraynaya bu gün müvəqqəti geri çəkilmək lazımdır. Müvəqqəti geri çəkilib gələcəkdə daha güclü qüdrətli Ukrayna ilə irəli getmək doğru olacaq. Əsl “Slava Ukrayna” şüarları onda reallığını tapacaq. Bu gün Ukraynaya silah verilməsi, onun müharibəyə davam etməsini təhrik etmək, ölkənin resurslarını tükədir. Qərbə etibar etmək üçün olmur. Bu gün Avropa İttifaqı daxilində kifayət qədər çatlaqlar mövcuddur. Ukrayna müharibəsinə dair fərqli fikir ayrılıqları mövcuddur. Belə bir vəziyyətdə müvəqqəti atəşkəsə razı olmaq lazımdır. Rusiya tərəfinin burada istəkləri bitmək bilmir, günü-gündən artır. Bunların da qarşısını almaq bu varianta gedilməlidir. Kompromis məsələsinin kökündə dayanan faktor budur. Rəsmi Kiyev Azərbaycan imzaladığı saziş imzalayıb, post-Putin dövrünə hazırlaşmalıdır. Güc toplamalıdır, itirdiyi qanı bərpa etməlidir”.
Nuray Əliyeva