Fələstin dövlətinin tanınması daha geniş planın tərkib hissəsi olmalıdır-Starmer

Bölmə: Dünya › ,
Tarix: 23:59 25.07.2025

Fələstin dövlətinin tanınması fələstinlilər və israillilər üçün dayanıqlı təhlükəsizliyi təmin edən daha geniş planın tərkib hissəsi olmalıdır.


"İnformator.az" xəbər verir ki, bunu Böyük Britaniyanın Baş naziri Kir Starmer bildirib.

 

O, sülhün əldə olunması üçün lazım olan addımlar barədə müttəfiqlərlə işlədiyini söyləyib.


"Fələstin dövlətinin tanınması bu addımlardan biri olmalıdır. Bu, mənim birmənalı fikrimdir. Lakin bu, son nəticədə İsrail-Fələstin münaqişəsinin "İki xalq üçün iki dövlət" prinsipi ilə həllinə, eləcə də fələstinlilər və israillilər üçün davamlı təhlükəsizliyə gətirib çıxaran daha geniş planın tərkib hissəsi olmalıdır", - o, Fransa və Almaniya liderləri ilə danışdıqdan sonra verdiyi bəyanatda bildirib.