Ukraynada mənzildə "F-1" döyüş qumbarası partlayıb

Tarix: 21:21 25.07.2025
Ukraynanın Ternopol şəhərində çoxmərtəbəli binada "F-1" döyüş qumbarası partlayıb.
"İnformator.az"ın Focus.ua-ya istinadən xəbərinə görə, bu barədə Ternopol vilayəti üzrə Milli Polis Baş İdarəsindən məlumat verilib. Məlumata görə, partlayış binanın üçüncü mərtəbəsində baş verib. Hadisə nəticəsində iki nəfər ölüb.
Polis əməkdaşları mənzilə baxış zamanı iki nəfərin - kişi və qadının meyitini aşkar ediblər. Onların 1985-ci il təvəllüdlü oğul və 1958-ci il təvəllüdlü ana olduğu ehtimal edilir.