“Türk Ulduzları”nın hərbi təyyarəsi qəzaya uğrayıb, pilot həlak olub

Tarix: 16:14 07.04.2021
Türkiyədə hərbi təyyarə qəzaya uğrayıb.
İnformator.az-ın məlumatına görə, “Türk Ulduzları” heyətinə daxil olan NF-5 tipli təyyarə Konyada qəzaya düşüb.
Qəza nəticəsində pilot həlak olub.
Hadisə yerinə təcili tibbi yardım və yanğınsöndürənlər cəlb olunub.