Rusiya və ABŞ prezidentləri arasında görüş keçirilir

Tarix: 21:02 07.12.2021
Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Co Bayden arasında görüş başlayıb.
İnformator.az xəbər verir ki, görüş videoformatda keçirilir.
Danışıqlarda əsasən ikitərəfli münasibətlər, Ukraynadakı vəziyyət, NATO-nun Şərqə doğru irəliləməsi məsələləri müzakirə olunacaq.