Rusiyada məktəbdə atışma, 14 ölü - Video + Yenilənir

Tarix: 13:42 26.09.2022
Rusiyanın İjevsk şəhərində məktəbdə atışma baş verib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Rusiya DİN yayıb.
Məlumata görə, hadisə nəticəsində 6 nəfər ölüb, daha 20 nəfər xəsarət alıb.
Atəş açan şəxsin intihar etdiyi bildirilir.
***
Teleqram kanallarında yayılan məlumata görə, hadisə nəticəsində ölənlərin sayı 10-a çatıb. Onlardan 5-nin uşaq olduğu iddia olunur.
***
Rusiyanın İstintaq Komitəsinin məlumatına görə, insident nəticəsində 9 nəfər ölüb, onlardan 5-i uşaqdır.
***
Ölənlərin sayı 14-ə çatıb. Bir uşaq kliniki ölüm vəziyyətində xəstəxanaya çatdırılıb.