İrem Dericidən İlon Maska: "Çox pul verdim, mavi gənəm haradadır?"

Bölmə: MEDİA › , MEDİA › Media-Yubiley › ,
Tarix: 22:06 26.04.2023

Türkiyəli müğənni İrem Derici Tvitterdə mavi işarə ilə bağlı İlon Maska reaksiya verib.
 
İnformator.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, mavi işarənin geri qayıtması üçün pul ödəyən Derici Tvitter-də İlon Maskı işarələyərək "Çox pul verdim, mavi gənəm haradadır?"- deyə yazı göndərib.
 
Bəzi Twitter istifadəçilərinə ödəniş etmədikləri halda mavi işarə nişanı verilib. Lakin pul ödəməklə geri alınan nişanın pulunu ödəyənlər arasında İrem Derici də olub.
 
Qeyd edək ki, Beyons, Harri Keyn, Riçard Osman və Viktoriya Bekhem kimi məşhurlar nişanlarını geri ala bilsələr də, İrem Derici ala bilməyib.
 
İllik ödəniş etməsinə baxmayaraq, Dericin hələ də mavi işarəsi yoxdur. Bu işarənin aylıq ödənişi təxminən 13 manatdır.
 
Xatırladaq ki, ötən gün eyni problemlə qarşılaşan müğənni Demet Akalın da İlon Maska sərt reaksiya vermişdi. Onu müraciətindən sonra mavi işarəssi bərpa olunmuşdu.