Mədəsində bir qutu dezodorant tapıldı

Bölmə: Hadisə › ,
Tarix: 23:30 30.05.2023

Tehran Universiteti Xəstəxanasının təcili yardımına müraciət edən 30 yaşlı kişi mədəsində şiddətli ağrılar olduğunu bildirib.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, rentgen müayinəsində həmin şəxsin mədəsində bir qutu dezodorant görünüb. Yaşadığı ağrıdan otura bilmədiyini deyən kişinin sağlamlıq vəziyyətini yoxlayan həkimlər hərəkətə keçiblər.

 

Dərhal əməliyyat etmək qərarına gələn həkimlər onun mədəsindən böyük bir dezodorant şüşəsi götürüblər. 

 

Qeyd edək ki, səhhətinin yaxşı olduğu bildirilən şəxsin daxili orqanlarında heç bir zədənin olmadığı qeydə alınıb. 


 
Mikayıl