Bədənə yeridilən gel çürümə verir - Plastik cərrahdan ÇAĞIRIŞ

Bölmə: Araşdırma › ,
Tarix: 11:06 04.09.2023

   Son illər ölkədə estetik əməliyyat və kosmetoloji prosedur edən şəxslərin sayı artıb. Tələb artdıqca şikayətlər də çoxalır. Əsasən də bədən və üz ölçülərinin silikon vasitəsilə artırılması nəticəsində fəsadlar yaranır.

  Plastik cərrah Mübariz Məmmədli deyir ki, süni materiallar yüksək günəş radiasiyasının təsirindən əridikdə orqanizm ağırlaşır. “Son zamanlar pasiyentlərdə çürümə halları ilə tez-tez rastlaşırıq. Biz plastik cərrahlar bir mənalı olaraq gelə qarşıyıq. Çünki təbii adı ilə vurulan gellərin heç biri sovrulmur, sadəcə bir yerdən başqa bir yerə miqrasya edir. Onların fəsadlarını biz görürük, bizə gəlirlər ki, bundan necə qurtula bilərik”.

  Əməliyyatlar zamanı insan orqanizmə yeridilən maddələr gələcəkdə onkoloji xəstəliklərin də əsasını qoya bilər. Bu cür əməliyyatlar insan şüurunda da dərin iz buraxır.

   Mütəxəssislərin fikrincə, estetik əməliyyat psixoloji problemdir, getdikcə asılılığa çevrilir. Psixoloq Vəfa Əkbərin sözlərinə görə, estetikə ehtiyacı olmayan insanlar belə hər hansı şou-biznes nümayəndəsinə oxşamaq arzusu ilə dodaq əməliyyatı, alın dartılması, göz qapaqları şəklinin dəyişməsi, üz dartılması, xarici qulaq şəklinin dəyişdirilməsi və s. prosedur və əməliyyatlardan asılı olurlar. “Bu əslində kütlə psixologiyasıdır. Özündən əmin olmayan, özgüvəni əksik olan, kompleksli insanların tez təsirə düşdüyünü göstərir. Yəni o insan başqasına bənzəyərək sanki, daha özgüvənli olur. Çünki, özündə o özgüvəni tapmır və özünü kəşf edə bilməyib”.

DUYĞU