MƏKTƏBLİ FORMALARI İLƏ BAĞLI AİLƏLƏRƏ KÖMƏK EDİLƏCƏK?

Bölmə: Araşdırma › ,
Tarix: 16:32 07.09.2023

Məktəb formaları məcburi olduğu üçün hamı bir nəfər kimi bu formaları almalıdır. Bəs maddi imkanları zəif olan ailələr? Valideynlər bu vəziyyətdən şikayət edirlər.


Elnarə Heydərova deyir ki, maddi imkanımız çox zəifdir, keçən ilki formaları övladlarım üçün istifadə edib onun əvəzində başqa ləvazimatları almağı düşünürdüm. Həmçinin, Elnarə xanım bu halda dövlətin maddi köməyini istəyir.


Yoldaşını avtomobil qəzasında itirmiş, 3 övladını məktəbə göndərən, maddi imkanı hədsiz aşağı olan Saray Quliyeva deyir ki, 3 övladım üçün yeni məktəbli forması almaq qeyri-mümkündür. Övladlarına hər il yeni çanta, yeni geyimlər ala bilməyən Saray xanım bu ildə necə edəcəyi barədə dərin təşviş içindədir.


Bu problemlər təhsil nazirliyinin diqqətindən yayınmadı. Sosial vəziyyəti zəif olan ailələr məktəbli formalar üçün məktəb rəhbərliyinə müraciət edə bilərlər.


Bu sözləri elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.


Nazir vurğuladı ki, "tərəfdaşları olduğumuz korporativ şirkətlər həmin ailələrə kömək ola bilər".

 

ÇİNARƏ MURADOVA