300 MANATA QƏDƏR ARTAN REPETİTOR QİYMƏTLƏRİ

Tarix: 00:54 08.09.2023
Repetitor qiymətləri hər il daha da artmağa davam edir. Dərs ilinin başlaması həm də repetitor bazarında canlanma deməkdir. Yeni tədris ilinə sayılı günlər qaldığı üçün artıq şagirdlərin bir çoxu repetitor hazırlığına yazılmağa da başlayıb.
Hətta paytaxta 300 manata qədər belə repetitor fəaliyyəti ilə məşğul olanlar var. Hələ ali təhsil müəssisəsinə hazırlaşan şagirdlərin 6-7 fənn üzrə hazırlığa getdiklərini nəzərə alsaq, bu da ailə büdcəsinə 400-500 manat xərc deməkdir. Məlumdur ki, regionlardakı qiymətlər paytaxtla müqayisədə bir qədər aşağıdır. Onda belə bir sual yaranır, paytaxtda 100 manata hazırlıq keçən müəllimlə regionda 40 manata təhsil verən müəllim arasında nə fərq var?
Təhsil eksperti Elçin Əfəndinin sözlərinə görə, paytaxtda demək olar ki, hətta uşaqlar birinci sinifdən belə hazırlığa gedirlər. “Yəni təsəvvürünüzə gətirin ki, uşaq müvafiq olaraq təhsil müəssisəsində verilən ev tapşırıqlarını hansısa müəllim yanına hazırlığa gedib etdirir. Yuxarı siniflərə gəldikdə isə, məsələn 11-ci sinifdə buraxılış imtahanını və yaxud da blok imtahanını verir, əldə etdiyi nəticə 150 bal 200 bal olur. Amma halbuki, deyir ən yaxşı müəllimlərin yanına qoymuşuq uşağı, repetitor yanında hazırlaşıb, bunker müəllim yanında hazırlaşıb, amma nəticə 150-200 bal. Proses dövründə Göyçaylı bir uşaq var idi 440 bal toplayıb ali təhsil müəssisəsini qazandı. Cəmi 1 il hazırlıq keçib. Yəni belə anlaşılır ki, rayon müəllimləri daha zəifdir, şəhər müəllimləri daha güclüdür? Əslində, xeyr. Rayonda elə müəllimlər var ki, onların dərs dediyi uşaqlar ən yüksək nəticələri qazana bilirlər”.
LAMİYƏ