“OYUNÇU APARSIN”IN ll MƏRHƏLƏSİ BAŞ TUTDU
Bölmə: Mədəniyyət › ,Tarix: 22:32 13.09.2023
İçərişəhərdə qədim stolüstü idman növü sayılan nərd oyunu üzrə yarışmaya start verilib. İlk dəfə keçirilən oyun sentyabrın 12-dən 17-dək İçərişəhərdə “Oyunşu aparsın” adı altında davam edəcək.
Tarixi, əyləncə və sağlam mübarizəni özündə birləşdirən bu yarışda “İçərişəhər” ağsaqqallar Şurasının üzvləri, İçərişhərin, Bakının və Bakı kəndlərinin ağsaqqaları iştirak ediblər. Yarışın məqsədi ağsaqalların vaxtlarının maraqlı və səmərəli keçirilməsi, eyni zamanda qədim idman növünün yaşdılması məqsədi daşıyır. Sonda qaliblərə mükafatlar təqdim olunacaq. Turnir “İçərişəhər” Ağsaqqallar Şurası, "Üçüncü Bahar" İctimai Birliyi və Azərbaycan Milli İdman Növləri Assosiasiyasının birgə təşəbbüsü, "İçərişəhər" Dövlət Tarixi-Memarlıq Qoruq İdarəsi, Gənclər və İdman Nazirliyinin təşkilatı dəstəyi ilə keçirilir.