"AZƏRBAYCAN" QƏZETİ 105-Cİ İLDÖNÜMÜNÜ QEYD EDİR

Tarix: 21:11 15.09.2023
Mətbuata böyük xidmətləri olmuş "Azərbaycan" qəzeti 1915-ci il 15 sentyabrdan 1920-ci il 28 aprelə qədər çap edilib. Qəzet ilk dəfə Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etdiyi gün Gəncədə işıq üzü görüb. İlk redaktorlarından biri Üzeyir Hacıbəyli olub. Qəzet 1919-cu il dekabrın 28-nə qədər Üzeyir bəyin qardaşı Ceyhin bəy Hacıbəyli imzası ilə çıxıb.
Milli Mətbuat tarixi kafedrasının müəllimi, filologiya elmləri doktoru Qərənfil Dünyaminqızı "Azərbaycan" qəzetinin rolu barədə məlumat verib: "Qəzet Azərbaycan Cümhuriyyət dövründə Ceyhun bəy Hacıbəyli, Üzeyir bəy Hacıbəyli, Şəfi bəy Rüstəmbəyli və digərlərinin tövsiyələri ilə yaranıb. Qəzet istiqlalımızın, müstəqilliyimizin qoruyucusu olub. Qəzetin əsas ideası müstəqilliyimizi qorumaq, dünyaya tanıtmaqdır. Rusların işğalı ilə qəzet 1920-ci ildə susduruldu, amma 1988-1990-cı il hadisələrində "Azərbaycan" qəzeti yenidən fəaliyyətə başladı. Sabir Rüstəmxanlı qəzetə redaktorluq edirdi. Yenidən azadlıq üçün mübarizəyə qalxdıqda Sabir Rüstəmxanlının rəhbərlik etdiyi qəzet böyük rol oynadı. Hətta deyərəm ki, o dövrdə çıxan "Azərbaycan" qəzeti böyük bir dissertasiya işidir".
Çinarə Muradova