Yarı yolun dostu -Südabə Məmmədova yazır

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:29 20.09.2023

    Göz yaşı adlanan təpələrin arxasında hündür bir şəhər yerləşirdi. Elə burada iki insanın başlanğıcı və bitişi oldu. Bilirsiz necə bitdi? Adi hekayələr, həyati hadisələr kimi bitmədi. İnsan diri - diri yerin altına basıdırlaraq bitdi.

    Ax insanlar əlinizidəkilərin qiymətini bilin, nə bilirsiniz əvvəli necə olacaq, axırı necə olacaq.

 

 

Ayla - vəfasız dost

Nur - kül olmuş insan

Firuzə - 3- cü şəxs .

 

1 - ci Pərdə

 

Nəhayət, uzun zamandı arzusunda olduğu Düşərgə festdən uğurla keçmişdi. Böyük sevinclə əşyalarını yığıb yola düşdü. Keçid biletini aldıqdan sonra onun üçün xüsusi məkan olan Dostluq binasına yola saldılar. Çox narahat və ürpək şəkildə idi. Yeni və tanımadığı birisi ilə otaq paylaşacaqdı. Açarları alıb 10- cu mərtəbədəki otağına çıxdı. Otaqda heç kəs yox idi. Uzun müddət burada olacaq deyə əşyalarını yerləşdirməyə başladı. Sonda isə yorğunluğu keçsin deyə çay hazırlayıb duşa girdi.

 

Geri dönəndə otaq dostu gəlmişdi. Belə tanışlıq mərhələsi başladı, tamam 3 həftə bir - birilərinə alışa bilmirdilər, sonda necə oldusa artıq bir - birlərinə bağlandılar.

 

 

Nur: Çox dostum yoxdur, amma o qədər insan var ki, ətrafımda nadir halda yaxınım olar.

 

Ayla: Elədir, mənim də çox insanla ünsiyyətim yoxdur.

 

Nur: Mükəmməllik istəmirəm, yanlız ürəyi təmiz olsun, qədir- qiymət bilsin həmin insanı onsuz da mən buraxmaram.

 

Ayla: Nə qədir, nə qiymət o qədər insan görmüşəm dəyərsiz.

 

Nur (gülümsəyərək): Əsil dostlar olur.

 

Ayla: Əşi boşdu hamsı, insanı nə bir gün, nə də 1 ilə tanımaq olmur.

 

Nur: Deyəsən səni incidiblər.

 

Ayla: Hə, hərkəsə yaxşılıq edib sonda cəzalanıram.

 

Nur: Yox, əlbəttə daha yaxşısı üçün olur bunlar.

 

Ayla: Yox, bilirsən nələr görmüşəm...

 

Nur: Çox təəssüf edirəm amma...

 

Ayla: Yaxşı, işıqları söndürüb yatıram.

 

Nur (qollarını açaraq): Sarılım sənə, insan pis hiss edən zaman sarılanda rahatlar.

 

Ayla: Yox, lazım deyil, narahat olma.

 

Nur (məyus halda): Özün bil.

 

İşıqlar sönür, gecəni səhər edib oyanırlar, hərkəs komandalara bölünüb iş başına keçir, daha çox uşaqlar sonda final mərhələsini böyük maraqla gözləyirdilər. Nur da böyük həyəcanla bu məqamı gözləyirdi, amma bunun üçün aylar və böyük təcrübə lazım idi.

 

ARDI VAR...