Rəsulzadənin məşhur çıxışındakı misralar kimə məxsusdur?

Bölmə: Araşdırma › ,
Tarix: 10:55 08.10.2023

"Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!"
Bu dillər əzbəri olan şeirin müəllifi repressiyaya məruz qalan Əmin Abid Gültəkindir.

Əmin Abid Gültəkin kimdir?
Əsl adı Zeynalabdin Əhmədov Mütəllib oğludur. 1898-ci ildə Bakıda anadan olub. O, şair Əliabbas Müznibin qardaşıdır. 1919-cı ildə Türkiyəyə səfər edərək, burada pedaqoji məktəbi bitirdikdən sonra İstanbul Universitetinin ədəbiyyat fakültəsində təhsilini davam etdirib. Gənclik illərindən sərbəst və heca vəznində şeirlər yazıb.
Onun Türkiyədə qələmə aldığı şeirlər "Buzlu Cəhənnəm" adı altında ayrıca kitabda nəşr edilib.
"Yeni Qafqaz", "Azəri-türk", "Odlu yurd" və digər jurnallarda "Gültəkin" təxəllüsü ilə şeirləri dərc olunub.
Eyni zamanda "Dədə Qorqud"dastanının
ilk araşdırmaçısı da Əmin Abid olub. Məhəmməd Füzulinin" Söhbətül-əsmar"əsəri də onun tərəfindən aşkara çıxarılıb elm aləminə tanıdılıb.
Əmin Abid universitetdə oxuduğu zamanlar alban əsilli Nafiə adlı xanımla tanış olur və onunla ailə qurur. 1927-ci ildə isə Bakıya qayıdır.
Lakin, həmin dövrdə Azərbaycanda siyasi vəziyyət gərgin idi. Beləliklə o, 1929-cu ildə "KQB" - nin qara siyahısına düşür və Türkiyəyə casusluqda günahlandırılır. Beləcə, 1938-ci ilin oktyabrın 21-də saat 21:30 da güllələnir.
Amma sonlar gözəl bitməlidir. Ona görə də,

Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Evet gönüllər coşdu bir sevincin gücüylə
İstiqlal sevinciylə, istiqlal sevinciylə..
İstiqlal, o yaşayan millətin qəlbində can,
İstiqlal, o səadət, həyat, zəfər, şərəf, şan.
İstiqlal, o sönməyən müəbbəd bir məşalə
Könüllərdə tutuşur, gözlərdə sönsə belə!
İstiqlal, o Vətənin göğsünden yüksələn ay.
İstiqlal, o sümüktən, qandan yapılmış saray.
İstiqlal, o millətin parçalanan bağrından
Gəlinlərin, qızların, axan göz yaşlarından
Doğmuş pek mübarək, pek müqəddəs bir “İlah”dır,
Hansı bir erkek onu düşmənlərə qaptırır?
Anaların saçından ördüğü bir bayrağı
Hansi erkek çıxıb edəcək baş aşağı?!
Sən bizimsən, bizimsən durduqca bədəndə can,
Yaşa - yaşa çox yaşa, ey şanlı Azərbaycan!

Nəzrin Cəbiyeva