UŞAQLARDAKI DİQQƏTSİZLİYİN SƏBƏBİ NƏDİR?

Tarix: 16:49 12.10.2023
Valideyinləri və müəllimləri narahat edən məsələlərdən biri də uşaqlardakı diqqətsizlikdir.
Psixoloq Gülnar Orucova diqqətsizliyin səbəblərini irsi və genetik faktorlarda, telefon və planşetə asılılıqda, pedoqoji baxımsızlıqda, ən əsası isə hiperaktivlik sindromunda görür.
Psixoloq diqqətsizliyin fəsadlarını qeyd edir. "Diqqətsizlik və səbrsizlik davranış pozuntusuna gətirib çıxarır. Buraya oxumaqda, öyrənməkdə, yazmaqda yaranan çətinliklər daxildir".
Gülnar Orucova deyir ki, diqqətsizliyin aradan qalxması gələcəkdə uğurların qazanılmasına şərait yaradır. Psixoloq diqqətsizliyin yaranmaması üçün valideynlərə tövsiyə edir ki, uşaqlar üçün hər yaş dövrünə uyğun oyunları tətbiq etsinlər. ''Məsələn, 3,6 aylıq uşaqların səsli, işıqlı oyuncaqlara reaksiyaları böyük olur. Uşaqlarda oyun bacarığını inkişaf etdirsinlər''.
ÇİNARƏ MURADOVA