AZƏRBAYCAN MƏTBUATI NECƏ İNKİŞAF EDİB?

Bölmə: Araşdırma › ,
Tarix: 17:12 16.10.2023

Azərbaycan mətbuatının böyük bir tarix dövrü var. "Məhəmməd Füzuli tariximizdə "salam verdim, rüşvət deyil deyə almadılar" fikri ilə ən böyük jurnalist kimi xatirələrdə yaşayır" fikrini deyən Azərbaycanın tanınmış jurnalisti Cahangir Məmmədlinin sözlərindən aydın olur ki, Azərbaycan Jurnalistikası 16-cı əsrə söykənir.

 

Cahangir Məmmədli qeyd edir ki, "Media sisteminin yaranma tarixi 1875-ci ildə "Əkinçi" qəzeti ilə, Həsən bəy Zərdabi ilə başlayır, bizim də xatirələrimizdə ilk nöqtədə həmişə Zərdabi canlanır, çünki o bizim mətbuatımızın bünövrəsini qoyub. Daha sonra mətbuat məktəbi yaranmağa başlayıb. 1906-cı ildə "Molla Nəsrəddin" jurnalı ortaya çıxıb. Həmçinin, buraya Cəlil Məmmədquluzadə məktəbi də daxildir"
Müsahib əlavə edir ki, C.Məmmədquluzadə satira məktəbi ətrafında fırlanan, "Molla Nəsrəddin" jurnalının əməkdaşlarının hamısı xatirələrimizdə yasayan Azərbaycanın Milli Azadlıq ideyalarından tutmuş, bədii publisistikanın, satira publisistikasının genişlənməsində və formalaşmasında çox böyük rolu olmuş adamlardandır.

 

C.Məmmədquluzadə, eynilə Üzeyir bəy Hacıbəyov, Əli bəy Hüseynzadə kimi şəxslər rus imperiyası dövründə mətbuat yaradıblar. 1919-cu ildən 1920-ci ilə qədər jurnalistikanı çox geniş şəkildə inkişaf etdiriblər. "Rus mətbuata qarşı ağır senzura tətbiq etdi. Bütün bunlara baxmayaraq biz 1918-ci ildə Cümhuriyyəti formalaşdırdıq, Şərq dünyasında ilk demokratik dövlət yaranmış oldu. Bu dövləti qeyd etdiyim həmin məşhul jurnalistlər yaratmış olub. Rus ordusu yenə də öz təsiri ilə Azərbaycan Xalq Cümhuriyyəti Dövlətini ləğv etdi, biz belə bir demokratik dövlətdən məhrum olduq. Sovet dövründə Azərbaycan ədəbi dilinə qadağalar qoyulmadı, biz ədəbi dilin mətbuat üslubunu mətbuatda formalaşdırdıə. Həmin dövrdə bir sıra jurnalistləri sürgünlərə göndərdilər, məhv etdiler, amma bütün bunlara baxmayaraq Azərbaycan mətbuatını inkişaf etdirən jurnalistlər oldu".

 

Jurnalist qeyd edir ki, bu gün Azərbaycan klassik jurnalistikasının jurnalistləri bu günkı jurnalistlər üçün böyük məktəbdir. "Biz müstəqillik əldə etdikdən sonra Qərb ölkələrində olan jurnalistlərdən işləməyi öyrənmək istəsik, onlar bizə ismarıclar göndərdilər. Sonra Rusiya-Ukrayna müharibəsi başladıqda gördük ki, bunlar bizim mollalara bənzəyirlər. Mollaların dediyi kimi onlar da "biz dediyimizi deyin, etdiyimizi etməyin" deyirdilər, anladıq ki, hamısı saxta nəzəriyyədir. Bizim əsl demokratik nəzəriyyəmiz klassikamızda, H.B.Zərdabidə, Cəlildə, Üzeyir bəydə, Rəsulzadədə və sonra 60-cı illərin yazıçı və publisistlərindədir".

 

Cahangir Məmmədli onu da diqqətimizə çatdırır ki, Heydər Əliyevin 1998-ci də olan "Azərbaycanda vətəndaşların informasiya ilə təmin olunması" sərəncamı ilə senzura maddələri ortadan qalxdı və mətbuatımız daha çox inkişaf yoluna yönəldi.

 

ÇİMNAZ MƏMMƏDOVA