Tramp: İranın nüvə enerjisinə ehtiyacı yoxdur

Bölmə: Siyasət › ,
Tarix: 12:20 19.05.2025

"Onların çox nefti var, 300 ildir, insanlar başa düşmürlər, bu, ən zəngin ölkələrdən biridir və təmizdir. Sərhədsiz neft və qaz olanda, mülki nüvə enerjisi nəyə lazımdır? Əgər ən zəngin neft ehtiyatlarından birinə sahibsinizsə, mülki nüvə enerjisi nəyə lazımdır?" - Ağ Evin rəhbəri bildirib.

 

Mövzu ilə əlaqədar politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, uzun illərdir İranın nüvə proqramı mövzusunda əsasən ABŞ ilə arada gərginlik mövcuddur:

 

İran nüvə silahı deyil, enerjisi üçün nəzərdə tutduğunu iddia etsə də bu ABŞ-ni qane etmir. Əsasən Yaxın Şərqdə İranın təsirləri, proksi qüvvələri vasitəsi ilə İsrailə qarşı davranışı, təhdidləri onun nüvə məsələsini də yenidən diqqətə gətirib. ABŞ hazırda demək olar ki, ölkələrlə yalnız maddi maraqlar, əsasən biznes maraqları üzərində siyasət aparır. Amerika liderinin ərəb ölkələrinə səfərləri çərçivəsində bunun şahidi olduq. İranla bağlı da nəyəsə nail olmaq, fayda götürmək istəyir. İranın təhlükə yaratması şübhəsizdir. Hətta nüvə enerjisi hazırlamasını da təhlükə kimi görürlər. Görünür Tramp İranı digər proqramlar və planlarının həyata keçirilməsində razı salmaq istəyir ki, bunun müqabilində də nüvə enerjisi məsələsinə göz yumsun. Çünki ABŞ liderinin dəsti-xətti belədir.
İran həm bölgədə, həm də dünyada xeyrli dərəcədə sülhə təhdid yaradır, gərginliyi artırır və aqressiv siyasət aparır ki, bundan əsasən müsəlman ölkələri əziyyət çəkir”.

 

Ekspertin sözlərinə görə, Trampın İranla bağlı bu son açıqlaması Qərbi yenidən ümumiyyətlə İrana qarşı mövqeyi qətiləşdirməyə sövq edəcək:


“Hətta İran imtina etmədiyi təqdirdə yeni sanksiyalar da meydana gələ bilər.
Əslində məsələ, İranın mülki nüvə enerjisi hazırlaması deyil, problem İrandakı rejim və onun dünya üçün təhlükəli, zərərli siyasəti, ideologiyasıdır. Qərb, ABŞ əslində bunun üçün mübarizə aparır. Əgər xarici siyasətində başqalarına təhlükə yaradırsa, bölgədə, dünyada sülhə mane olursa şübhəsiz ki, onun mülki xarakterli nüvə hazırlaması belə rejimin təsirinin artmasına gətirib çıxardır ki, bu da eyni təhdidlərin maksimum həddə çatması deməkdir. Ona görə Qərbin narahatlığı, ABŞ-nin mövqeyi anlaşılandır.
Nüvə proqramını dayandırmaqla, başqalarının maraqlarına zidd, sülhə təhdid yaradan bəzi yanlış siyasətindən əl çəkməklə regionda yeni iqdisadi, ticari, mədəni və digər sahələrdəəlaqələrin inkişafına səbəb ola bilər”.

 

Asiman Vəliyeva