Zelenskinin Trampa məktubu

Bölmə: Dünya › ,
Tarix: 12:26 19.05.2025

Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Donald Trampa məktub göndərərək müdafiə sənayesi və ticarət sahələrində yeni əməkdaşlıq təklif edib.

 

Ukrayna Prezident Aparatının rəsmi internet saytından verilən yazılı açıqlamada, Zelenski ilə ABŞ-nin vitse-prezidenti J.D.Vansın bu gün Vatikanda görüşdüyü xatırladılıb.


Görüş zamanı Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün İstanbulda aparılan sülh danışıqları və cəbhədəki son hadisələrin müzakirə edildiyi xatırladılıb, həmçinin tərəflərin ABŞ və Ukrayna arasında imzalanan “iqtisadi tərəfdaşlıq” sazişinin həyata keçirilməsindən danışdıqları bildirilib.

“Prezident Zelenski qeyd edib ki, o, Prezident Trampa müdafiə sənayesi və ticarət sahələrində yeni əməkdaşlıq təkliflərini özündə əks etdirən məktub göndərib”, - məlumatda deyilir.


Katoliklərin ruhani lideri və vəzifəyə yeni başlayan Vatikanın prezidenti Papa XIV Leo üçün keçirilən mərasimdə iştirak etmək üçün Vatikanda olan Zelenski və Vans bir araya gəliblər.

 

Mənbə: CNN Türk
Əminə Əliyeva