İran parlamentarisi: "Uranın zənginləşdirilməsindən əl çəkməyəcəyik"

Bölmə: Dünya › ,
Tarix: 12:55 19.05.2025

 

İran dinc məqsədlər üçün uranın zənginləşdirilməsindən heç vaxt imtina etməyəcək.

 

"İnformator.az" xəbər verir ki, bu barədə İran Məclisinin (parlament) Xarici Siyasət və Milli Təhlükəsizlik Komitəsinin nümayəndəsi İbrahim Rezai bildirib.

 

"İran heç bir halda uranın zənginləşdirilməsindən və nüvə texnologiyalarından əl çəkməyəcək", - parlamentari vurğulayıb.

 

Qeyd edək ki, mayın 18-də ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff bildirib ki, Tehran uranı zənginləşdirməyə davam edə bilməz, çünki bu, nüvə silahının yaradılmasına gətirib çıxara bilər.


"Nüvə enerjisi ölkəmiz üçün həyati əhəmiyyət kəsb edir. Bu texnologiyalar təkcə İranın tibbi və sənaye ehtiyaclarının ödənilməsində əsas rol oynamır, həm də xarici təhdidlər qarşısında mühüm maneə rolunu oynayır. Ona görə də bu mövzuda heç bir danışıqlar və ya sövdələşmə mümkün deyil", - Rezai əlavə edib.