Mahir Emreli het-trik etdiyi oyundan sonra adını həftənin rəmzi komandasına yazdırıb

Tarix: 12:20 19.05.2025
"Nürnberq"də çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli II Bundesliqa XXXIV turun rəmzi komandasına düşüb.
"İnformator.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
27 yaşlı hücumçu 3-4-3 sxeminə əsasən tərtib olunan 11-likdə hücumun mərkəzində yer alıb. O, "Ayntraxt" (Braunşveyq) komandasına 4:1 hesabı ilə qalib gəldikləri görüşdə het-trik edib. Emreli 10-cu, 20-ci və 45+1-ci dəqiqələrdə fərqlənib. Futbolçu ikinci qoldan sonra sarı vərəqə alıb və ikinci hissənin sonunda əvəzlənib. Qeyd edək ki, Mahir Emreli oyundan sonra topu özü ilə götürüb.