''GƏNCLƏRƏ TÖVSİYƏ EDİRƏM Kİ, 4 İLLİK UNİVERSİTET HƏYATLARINI YAXŞI DƏYƏRLƏNDİRSİNLƏR''-VÜQAR ƏLİYEV

Tarix: 21:12 17.10.2023
Vüqar Əliyev 1978-ci il oktyabr ayının 12-də Bakı şəhərində anadan olub. 1995-ci ildə 190 № orta məktəbi bitirib,Bakı Dövlət Universiteti Beynəlxalq jurnalistika ixtisasına qəbul olub. Həmin ixtisas üzrə 1999-cu ildə fərqlənmə diplomu ilə bakalavr, 2001-ci ildə yüksək nəticələrlə magistr pillələrini bitirib.
1997-ci ildən mediada onun analitik və araşdırma məqalələri yayımlanır.
Vüqar müəllim 2001-ci ildən BDU-nun Jurnalistika fakültəsində çalışıb, 2017-ci ilin may ayından isə Jurnalistika fakültəsinin dekanıdır.
Vüqar Əliyev 45 yaşının ilk günlərində saytımıza müsahibə verib:
1. Ötən günlərdə yeni yaşınızı qeyd etdiniz . Arzularınız nələr oldu?Özünüzə nə dilədiniz?
-İnsanın yaşadığı həyat tərzi, onun nə dərəcədə doğru yaşamağı onun nə qədər fayda verməsi ilə ölçülür. Ona görə insan nə qədər faydalı olsa o qədər yaxşı yaşamış sayılır. Məndə ailəmə, işimə, tələbələrimə daha çox fayda verməyi arzuladım. İnsan onu sevənlərə ona güvənənlərə fayda verməyi bacarmalıdır.
2. Bu yaşınızda yaşadığlarınızın digər illərdən nə kimi fərqi oldu? Nə kimi uğurlarınız fəaliyyətləriniz oldu?
-Allahın bizə bəxş etdiyi hər gün yeni çağırışdır bəlkədə, hər gün çox hikmətlidir. Hər dəqiqənin belə öz hikməti var. Zamanını boşuna xərcləməmək insanın özündən asılıdır. İnsan özünə sual verməlidir: "Bu gün nə kimi müsbət işlər gördüm? Nə kimi xeyirxahlıq etdim". Bir insan öz üzərində işləməsə aydın məsələdir ki, fayda da verə bilməz. Mənə elə gəlir ki, bu il müsbət, faydalı bir il oldu. Deyə bilərəm ki, bu ili boşuna yaşamadım.
3. Siz jurnalist olmağla bərabər həm siyasi şərhçi, həm ekspert, həm də araşdırmacı kimidə fəaliyyət göstərirsiniz. Siz bu sənətlərin hansında özünüzü tapırsınız? Hansı sizin üçün ən dəyərlidir?
-Mən ümumiyyətlə ixtisasımı Beynəlxalq jurnalistika üzrə bitirmişəm. Bakalavr və magistrıda bu üzrə oxumuşam. Mənim elmi işlərimdə bu istiqamət üzərində olub. 20 ildən çoxdur ki, bu sahə üzrə ixtisaslaşmışam. Yazılarım, təhlillərim, ekspert kimi çıxışlarımda bu üzrədir. Təbiki də özümü ilk olaraq beynəlxalq jurnalist kimi görürəm.
4. İndiki dövrdə ədalətli jurnalist olmağ çətindir. Bəs siz heç bu çətin peşəni seçdiyiniz üçün peşman olmusunuz?
-Xeyr, mən öz ixtisasımı sevirəm. 1995-ci ildə ali məktəbə kodlaşdırma zamanı ilk olaraq beynəlxalq jurnalistikanı yazmışdım. Və onada qəbul oldum. Bu zamana qədər də, özümü təkmilləşdirməyə çalışıram və məqsədimdə budur ki, bundan sonra, bu sahə üzrə daha da çox nəaliyyətlərim olsun.
5. Siz eyni zamanda yaradıcılığlada məşğul olursunuz. Yazdığınız kitablarınızın arasında hansını daha böyük həvəslə qələmə almısınız?
-Hər bir müəllif üçün onun kitabı övladı kimi əzizdir. Mənim həm tərcümə kitabları, həm jurnalistikayla bağlı, həm monoqrafiyalarım, həm də dərsliklərim var. Hər kitabımı yazdığım zaman həvəslə qələmə almışam lakin, ''Sirr'' biraz fərqlidir. Bədii əsərdir. Mən özümü heç vaxt yazıçı hesab etməmişəm, yazıçılıq etmək fikrimdə yoxdur açığı. Mən beynəlxalq jurnalistəm. 2009cu ildə mənim "10-cu əsr Yəhudi-Xəzər yazışması’ adlı kitabım çıxıb. O kitabımın mənbələrini araşdırdığım zaman 10-cu əsrdə olan hadisələrlə bağlı marağlı faktlar əldə etdim. Bu kitabdan sonra həmin dövrə aid bədii əsərdə yazmaq istəyirdim və həmin ildən bu kitab beynimdə formalaşmağa başlamışdı və 2012-də "Sirr" kitabını yazmağa başladım. Mənə xoş oldu ki ilk bədii işim bu qədər çox sevildi, hətta, 2 dəfə də nəşr olundu. Bunun davamını istəyənlər də oldu.. lakin hələki bu barədə fikrim olmadığını bildirdim".
6. Siz bir müsahibənizdə ‘Ömrü mənalı yaşamağa çalışmaq lazımdır’ demişdiniz. Ömrü mənalı yaşamağ üçün sizcə nələr edilməlidir?
-İlk növbədə insanlara yardım etmək, verimli, faydalı olmaq. Həyatın mənası olan bölüşməyi bacarmaq. İnsanların sadəcə xoş günlərində yox, problemlərində də, yanında olmaq. Əsas da, gənclərə yeni-yeni addımladığları üçün düz yol göstərmək. Eyni zamanda təbiki, dövlətinə, vətəninə, xalqına layiqli bir insan olmaq. Bu çox önəmli bir məsələdir. Ola bilər ki, sən çox böyük bir alim, elm adamı olasan lakin, sənin xalqına, vətəninə bir xeyrin olmasa, onlar üçün bir addın atmırsansa bu nə alimlik oldu? Əsl faydalı alim ümmət üçün fayda verəndir.
7. Biz gənclərə həm jurnalist, həm müəllim olaraq nə kimi məsləhətləriniz olardı?
-Gənclərə, əsasən jurnalist tələbələrə məsləhətlərim çoxdur. Ən əsası onu məsləhət görərdim ki, öz üzərlərində çalışsınlar, dil bilgilərini təkmilləşdirsinlər, çox sayda bədii kitab oxusunlar, söz ehtiyyatlarını artırsınlar. Söz ehtiyyatının çox olması həm yazı, həm nitq qabiliyyətini təkmilləşdirir. Əlinizdən kitab düşməməlidir. Digər məsləhətim o olardı ki, ən gec 2-ci kursun sonuna qədər jurnalistikanın hansı sahəsi üzrə çalışacağlarını müəyyənləşdirsinlər. Bunu 4cü kursa saxlamaq düzgün deyil. Sahələri müəyyənləşdirmək lazımdır. Jurnalistika çox böyük imkanlar verən bir sahədir. Bəzi məqamları indidən düşünüb özünüzü təkmilləşdirin. Təkmilləşmə kurslarına getməyinizi də məsləhət görürəm. Bu illər həm də sizin formalaşma illərnizdir. Bu səbəbdən maksimum dəyərləndirməyiniz yaxşı olar. Elə olmasın ki, sonda "heyif o 4 ildən" deyə özünüzə heyiflənəsiniz. Fakültədəki imkanlarımızdan, müəllimlərimizdən, tez-tez gələn qonağlarımızdan faydalanın. Maksimum dərəcədə gələcək kariyeranız üçün indidən addımlarınızı atmağa başlayın''.
SEVİNC YARMƏMMƏDOVA