ELEKTROMOBİLLƏRİN İSTİFADƏSİ ARTIB

Bölmə: Araşdırma › ,
Tarix: 22:31 17.10.2023

Son illərdə elektromobillərin istifadəsi ölkəmizdə artmaqdadır. Bu nəqliyyat vasitələrinin digərlərindən hansı üstün cəhətləri var?

 

Mövzu ilə bağlı elektromobil sahibi İlkin Mustafayev danışıb.
Sözügedən şəxs iki ildir, elektromobil sahibidir.

 

Müsahib deyir ki, texniki göstəricilərinə görə bu maşınlar daxiliyanma mühərrikli avtomobilləridən heç də geriyə qalmır, lakin bu texnikanın sahiblərinin diqqət etməli olduğu əsas nüanslardan biri şəxsi enerjidoldurma stansiyasının olmasıdır. Sürüləcək məsafənin uzunluğu batareyanın həcmindən asılı olur. Bu nəqliyyat vasitələri sürət yığmaq, istənilən situasiyadan çıxmaq üçün mükkəmməl imkanlara malikdir. Uzaq səfərlərdə sadiq yol yoldaşı kimi işinin öhdəsindən gələn elektomobillər deyilənlərin haqqını verir. İlkin ona ən çox verilən sualara aydınlıq gətirib:

 

Elektromobillər bir sıra üstünlüklərinə görə, daxiliyanma mühərrikli avtomobilləri geridə qoyur. Belə fərqlərdən biri də sükan arxasına keçmədən uzaqdan idarə edilə bilən olmalarıdır. İlkin həmçinin elektriklə işləyən nəqliyyat vasitəsinin enerji toplmaq qaydasından da danışıb.

 

QASIM XULUFLU