''JURNALİST YAZI VƏRDİŞLƏRİNƏ ANCAQ TƏCRÜBƏDƏ YİYƏLƏNƏ BİLƏR''-KƏNAN NOVRUZOV

Bölmə: Araşdırma › ,
Tarix: 21:23 18.10.2023

"Bütün nəzəriyyəni əzbər bilirsənsə, amma heç
yerdə yazın yoxdursa sən jurnalist deyilsən" fikrini iddia edən jurnalist Kənan Novruzov əlavə edir ki, "jurnalist ancaq təcrübədə yazı qabiliyyətinə yiyələnə bilər. Sosial medianı, multimedianı, janrları əzbər bildiyin halda bir yazın belə çıxmayıbsa, demək ki, jurnalistika bağlı heç anlayışın yoxdur".

 

Müsahib qeyd edir ki, əsl jurnalist qəzetdə yetişir, çünki orada məsuliyyəti dərk edir. Səbəb isə qəzetlərdə yazı redaktə olunmur, yazı bir-başa ictimai rəyə təsir edir. "Mən o jurnalistlərdənəm ki, nəzəriyyə və təcrübə vəhdətdə inkişaf etməlidir. Nəzəriyyəni bilməsən, təcrübədə axsayacaqsan".

 

GÜNEL VERDİYEVA