Həyatın mənasını axtaranlar üçün 4 kitab

Bölmə: Araşdırma › ,
Tarix: 21:43 18.10.2023

İnsanın məna axtarışı, Viktor Frankl

İkinci Dünya Müharibəsinin şahidi olmuş psixiatr Frankl, ailəsi ilə yenidən qovuşa bilməsə də, həyatın mənası kəşf etmişdir. Kitabda təkcə tarix deyil, çətin anlarda necə güc tapmağın yolunu göstərir. Bu kitabda Franklın güclü həyat dərslərindən faydalana bilərsiniz.

 

Siddhartha, Herman Hesse

Siddartha adlı adam və onun aydınlanmış yolundan bəhs edən kitab, gənclərə yol göstərən olmuşdur. Hər nə qədər kitab Buddanın bioqrafiyası olmasa da, hiss olunur ki, Hesse Buddanın hekayəsindən təsirlənərək bu kitabı yazmışdır. Hekayə insanın mənəvi potensialını necə ortaya çıxarmağa kömək edir.

 

Kimyagər, Paulo Coelho

150 fərqli dilə tərcümə edilmiş, illərlə trend kitablar arasında yer almışdır. Evindən çox uzaqlara səyahət edən bir şəxs, xəzinə axtarışına çıxır. İnsanı düşünməyə məcbur edən romanlardan biridir.

 

Sofinin Dünyası, Jostein Gaarder

Sofi adlı gənc qız və fəlsəfə yolu ilə həyatı öyrətməyə çalışan filosofdan bəhs edir. Kitab insanın özünü anlamağa kömək edir.

 

Həcər Əmiraslanlı