Müasir Azərbaycan filmləri-"yaxşı" rejissorlara, yoxsa aktyorlara ehtiyac var?

Bölmə: Mədəniyyət › ,
Tarix: 22:11 08.12.2023

Keçmişə nəzər salsaq, Azərbaycan film sektorunda bir çox ölkələrdən, o cümlədən Türkiyədən belə öndə idi. Amma zaman keçdikcə Azərbaycanın bu sektorda kifayət qədər geriləməsinin şahidi oluruq.

 

Məsələ ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əlisa Cabbarov İnformator.az-a öz təəssüratlarını bölüşüb. Müsahib bu prosesin səbəbini isə Türkiyənin Turqut Özal dövründəki iqtisadi sıçrayışında görür.

 

"Türkiyə reklam bazarı, televiziya büdcələri və tamaşaçı sayı bizdən müqayisə edilməz dərəcədə çoxdur. Bu da kino istehsalının həcmini artırır və kəmiyyətin keyfiyyətə keçməsinə səbəb olur".

 

Şərhçi qeyd edir ki, mən bizim kinonun gələcəyinə inanıram.

 

"Düşünürəm ki, biz 500-800 min bilet satışına, müstəqil filmlərin də 500000+ büdcələrə çıxmağına nail ola bilərik. Festival bazarında is kinolarımız həmişə az da olsa, olub".

 

"Yaxşı" rejissorlara, yoxsa aktyorlara ehtiyac var?

 

Əlisa Cabbarovun sözlərinə görə, ilk növbədə ssenaristlər ordusu , ssenarist emalatxanaları formalaşmalıdı.

 

"Evinə çörəyi ssenari yazmaqla aparan insanlar olmalıdı. Bu adamlar olsa, həm rejissor, həm prodüser potensialımız qənaətbəxşdir".

 

Aynur Babayeva