Zakir Həsənov Türkiyəyə səfər edib-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 19:52 06.03.2024

Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti martın 6-da Türkiyəyə rəsmi səfərə gedib.

 

Mövzu ilə bağlı hərbi ekspert Ədalət Verdiyev ‘’informator.az’’a açıqlamasında bildirib ki, Azərbaycan-Türkiyə arasında yüksək hərbi səviyyəli səfərlər ‘’Şuşa bəyənnaməsi’’nin tələbindən irəli gələn fəaliyyətlərdir. Bu səfərlər qarşılıqlı olaraq son günlərdə kifayət qədər intensivləşib:

 

‘’Türkiyə-Azərbaycan arasında daha əvvəl əldə olunan razılaşmalar fonunda müdafiə naziri Zakir Həsənovun Türkiyə səfəri mühüm əhəmiyyət daşıyır. Nəzərə alsaq ki, Azərbaycan-Türkiyə bu il birgə müdafiə sənayesi məhsulları üçün zavodların, fabriklərin tikilməsi nəzərdə tutur. Digər tərəfdən isə Türkiyə müdafiə sanəyesinin istehsal etdiyi ən son nailiyyətlər Azərbaycan üçün də əlçatandır. O cümlədən, biz artıq hücum təyinatlı pilotsuz vasitələr əldə etdik. Bu səfərlər birmənalı olaraq Azərbaycan-Türkiyə arasındaki hərbi-texniki, hərbi-təhsil və digər sahələrdə əməkdaşlığın gücləndirilməsinə, inkişaf etdirilməsinə istiqamətlənib".

 

 

Sevinc Yarməmmədova