Rusiya təhlükədədir ?-AÇIQLAMA

Bölmə: Siyasət › ,
Tarix: 16:42 12.03.2024

ABŞ-ın Rusiyada yaşayan vətəndaşlarına terrorla bağlı xəbərdarlığından sonra Cənubi Koreya, İsveç, Latviya, Kanada, Almaniya kimi bir sıra dövlətlər analoji addım atıblar. Paytaxtda terror təhlükəsinin yüksək səviyyədə olması ilə bağlı xəbərdarlıqlar Rusiyanın XİN və səfirliklərinin saytlarında bildirilib. Dünya ölkələri öz vətəndaşlarını Rusiyaya səfərdən çəkinməyə çağırıblar ki, ölkədə olanları isə ölkəni tərk etməyə çağırıblar.

 

Bəs Azərbaycan bu hadisə ilə bağlı müəyyən tədbirlər görürmü ?

 

Məsələylə bağlı “informator.az”a açıqlama verən politoloq Sultan Zahidov qeyd edir ki, hazırda məsələni ciddi təhdid halına salacaq səbəblər yoxdur:

 

“Bir neçə gündür ki, ABŞ başda olmaqla qərb ölkələri Rusiyada yaşayan vətəndaşlarına müraciət edərək onlara diqqətli olmalarını, xüsusilə də insanların sıx olduğu ərazilərdə olmamağı tövsiyə ediblər ki, bunu terrorla əlaqələndiriblər. Ötən həftə Rusiya Federal Təhlükəsizlik Xidməti bəyənat verdi ki, cümə günü radikal qruplaşmanın üzvləri Sinoqoqa hücum etməyi planlaşdırıb, lakin həmin qrupun üzvləri Federal Təhlükəsizlik Xidməti tərəfindən zərərsizləşdirilib və bununla da terror təhdidi aradan qaldırılıb. Sözsüz ki, bunların fonunda qərb ölkələri öz vətəndaşlarına çağırışlar etməyə başladı ki, terror təhdidi orada ciddidir, xüsusilə də Ramazan bayramının daxil olması, yaxın orta şərqdəki proseslər fonunda radikal qruplaşmanın Yəüdlərə və onlara məxsus instutlara hücum etmə ehtimalı artmış olur. Amma Rusiya XİN məsələylə bağlı bildirib ki, məsələni çox da böyütmək lazım deyil”.

 

Politoloq bildirir ki, Postsovet ölkələri terrorla bağlı çağırışlar etməyib, bunu xüsusilə ABŞ başda olmaqla qərb ölkələri edib:

 

“Onsuz ABŞ və digər qərb ölkələri Rusiya-Ukrayna müharibəsi başladığı zamandan öz vətəndaşlarına Rusiyanı tərk etmək çağırışlarını verib. Analoji təhdidin ABŞ-ın özündə olduğunu nəzərə alsaq, bu məsələ o qədər də böyüdüləsi məsələ deyil. Azərbaycanın Rusiyadakı səfirliyində isə terrorla bağlı müəyyən məlumatlar, çağırışlar yoxdur. Hazırda bu məsələni ciddi təhdid şəkilinə salacaq səbəblər yoxdur, əks halda Azərbaycan da öz növbəsində Rusiyadakı vətəndaşlarına müəyyən çağırışlar edə bilər”.

 

 

Azər Abuşov