Ərzurumda zəncirvari qəza: 14 yaralı

Bölmə: Dünya › ,
Tarix: 17:15 13.03.2024

Ərzurumda ictimai avtobus, mikroavtobus və minik avtomobilinin iştirakı ilə baş verən zəncirvari yol qəzasında yaralanan 14 nəfər xəstəxanaya aparılıb.

 

Konqres küçəsində Tuncay D.-nin idarəsində olan ictimai avtobus Kamil U-nun idarə etdiyi sərnişin mikroavtobusu ilə toqquşub. 

 

Mikroavtobus qəzanın təsirindən qarşısına çıxan Miraç Ü.-nün idarə etdiyi avtomobilə çırpılıb.

 

Ətrafdakıların xəbəri üzərinə qəza yerinə polis, sağlamlıq, xilasetmə və AFAD qruplar sövq edilib.

Xilasetmə qrupları avtomobillərdə sıxışan bəzi sərnişinləri xilas edib.

 

Sağlamlıq qrupları da qəzada yaralanan 14 adamı təcili yardımla şəhərdəki xəstəxanalara aparıb.

 

Mənbə : TRT XƏBƏR (TRT HABER)

Lalə Qafarova