“Neftçi”nin kapitanı “Səbail”lə oyunu buraxa bilər-RƏY

Bölmə: İdman › ,
Tarix: 18:45 14.03.2024

“Neftçi”nin futbolçusu Emin Mahmudov Azərbaycan Premyer Liqasının XXVII turunda “Səbail”lə keçiriləcək oyunu buraxa bilər.

 

Bu barədə ekspert Aslan Kərimov "informator.az"a açıqlamasında bildirib ki, Emin Mahmudov həm milli komanda həm də "Neftçi" üçün aparıcı qüvvələrdən biridir:

 

"Ümid edirəm ki, Emin Mahmudovun zədəsi çox uzun çəkməz. Yaxın gələcəkdə Azərbaycan Milli Komandasının turniri olacaq, Emin Mahmudov orada iştirak etməlidir. Belə bir oyunçunun komandada olmaması oyun planı baxımından "Neftçi"yə təsir edəcək. Əlbəttə, M.Emini əvəz etmək üçün meydana kimsə daxil olacaq. Emin Mahmudov "Neftçi"də bütün mövqeyləri bir-biri ilə birləşdirən oyunçudur, onun yüksək iş əmsalı var. Bəlkə də Filip Ozobiç onun rolunu öz üzərinə götürəcək. Bu hal "Səbail" üçün böyük dəyişikliyə səbəb olmayacaq. "Səbail"in üstün tərəflərindən biri də əks-hücumlarda yaxşı oynamasıdır. "Neftçi" ilə oyunda da bunu davam etdirəcək. Hər halda bu oyunda favorit "Neftçi" olacaq".

 

Zəhra Həsənova