ABŞ Suriyadakı bazalarına əlavə qüvvələr göndərib

Bölmə: Dünya › ,
Tarix: 19:02 14.03.2024

ABŞ ordusu Suriyanın Haseke və Deyrizor əyalətlərində terror təşkilatı PKK/YPG-nin işğal etdiyi bölgələrdəki bazalarına 40 maşından ibarət əlavə hərbi qüvvə göndərib.

 

ABŞ qüvvələrinin karvanı ötən gecə İraq və Suriya arasındakı El-Velid Sınıd Qapısından Hasekeyə daxil olub.

 

ABŞ əsgərlərini daşıyan 5-i Bradley tipli zirehli maşın da daxil olmaqla 40 maşından ibarət karvan əvvəlcə Haseke vilayətinin Rumeylan qəsəbəsindəki hərbi bazaya gəlib.

 

Yanacaq tankerləri, tibbi ləvazimatlar və alçaq hündürlükdə hava hücumundan müdafiə radarlarından ibarət karvan daha sonra Fərat çayının şərq sahilindəki Ömer neft yatağındakı bazaya doğru hərəkət edib.

 

ABŞ ordusu bundan əvvəl 5-6, 23 yanvar və 13 fevral tarixlərində Hasekedəki Harab Cir və Kasrekdəki bazalarına və Deyrizordakı Ömər Neft Yatağına hərbi yüklər göndərib.

 

 

 

ABŞ-ın Suriyadakı varlığı

 

2019-cu ilin oktyabrında “Barış Pınarı” əməliyyatının başlaması ilə ABŞ əməliyyat bölgəsindəki bazalarını boşaldarkən neft yataqları ətrafında məskunlaşmağa üstünlük verib.

 

Terror təşkilatı PKK/YPG-yə dəstəyini davam etdirən ABŞ qüvvələri hazırda Suriyanın Haseke, Rakka və Deyrizor vilayətlərində təşkilatın işğal etdiyi ərazilərdə bir çox baza və hərbi məntəqələrdə mövcuddur.

 

Vaşinqton PKK/YPG terrorçularının işğal etdiyi neft yataqlarında yerləşən hərbi baza və məntəqələrə davamlı olaraq əlavə qüvvələr göndərir.

 

Mənbə : TRT XƏBƏR (TRT HABER)

Lalə Qafarova