Taylandda hərbi gəmidən təsadüfən atılan top gülləsi digər gəmiyə dəyib-Yaralananlar var

Bölmə: Dünya › ,
Tarix: 23:53 14.03.2024

Tailand donanmasına məxsus döyüş gəmisindən təsadüfən atılan top gülləsi digər gəmiyə dəyib. Dəhşətli insidentdə 13 əsgərin yaralandığı bildirilib.

 

Taylandın Çonburi əyalətindəki Sattahip hərbi dəniz bazasında yerli vaxtla saat 11.50 radələrində Tailand Hərbi Dəniz Qüvvələrinə məxsus döyüş gəmisindən təsadüfən atılan top gülləsi digər döyüş gəmisinə dəyib. 

 

Səbəbi hələ müəyyən edilməmiş “HTMS Chonburi” gəmisindən atılan top gülləsinin eyni limanda yerləşən “HTMS Khirirat” gəmisinə dəyməsi nəticəsində yanğın baş verib. Xırırat HTMS gəmisində baş verən yanğında 2-si ağır olmaqla 13 əsgər yaralanıb.

 

Hadisə yerinə çoxlu yanğınsöndürən və təcili yardım maşınları göndərilsə də, Tailand Hərbi Dəniz Qüvvələri hələlik hadisə ilə bağlı rəsmi açıqlama verməyib.

 

Top gülləsinin atıldığı HTMS Chonburi gəmisinin dünən gecə keçirilən hərbi təlimdən bazaya qayıtdığı və sursatlarının boşaldılmadığı bildirilib. 

 

Qəzanın baş verdiyi dəniz bazasının ətrafı təhlükəsizliklə mühasirəyə alınıb, qəza ilə bağlı araşdırma başlanıb.

 

Vüqar Alışov