Squid Game ulduzuna həbs cəzası

Bölmə: Dünya › ,
Tarix: 22:14 15.03.2024

Cənubi Koreyada çəkilmiş məşhur Netflix istehsalı olan Squid Game-nin 79 yaşlı aktyoru Oh Young-soo ittiham olunduğu cinsi zorakılıq işlərində 8 aylıq həbs cəzası və 2 illik şərtli sərbəstlik cəzasına məhkum edilib.

 

O, 2017-ci ildə 22 yaşlı qadın həmkarını onun razılığı olmadan qucaqlayıb öpdüyü iddiasına görə cinsi istismar ittihamı ilə üzləşib. 2021-ci ilədə bitən məhkəmə 2022-ci ildə yenidən açıldı və qərar 2024-cü ildə qəbul edildi.

 

40 saat cinsi istismar cinayətkarları üçün reabilitasiya kursuna da qatılmalı olan aktyor "mən sadəcə göstəriş vermək üçün əlindən tutdum" deyərək özünü müdafiə edib.

 

Zeynəb Mustafazadə