İzmirdə logistika anbarında yanğın baş verib

Bölmə: Dünya › ,
Tarix: 22:47 15.03.2024

İzmirin Kemalpaşa rayonunda logistika şirkətinin anbarında yanğın baş verib. Tüstü kilometrlərlə uzaqdan görünüb, əraziyə çoxlu yanğınsöndürmə briqadası göndərilib.

 

Saat 11:30 radələrində Ankaranın Kuyucak səmtində logistika şirkətinin soyuducu anbarında yanğın baş verib. İçərisində olan kimyəvi maddələr səbəbindən alov sürətlə böyüyərək bütün anbarı mühasirəyə alıb. Ətrafdakılar vəziyyətlə bağlı 112 Təcili Yardım Mərkəzinə məlumat veriblər. Xəbər üzərinə hadisə yerinə xilasetmə, sağlamlıq və jandarma qrupları sövq edildi. Yanğınsöndürmə qrupları arabir baş verən partlayışlar səbəbindən alova müdaxilə etməkdə çətinlik çəksə də, söndürmə işləri davam edib.

 

Fatimə Aslanova