İsrailə humanitar yardım daşıyan gəmi Qəzza sahillərinə çatıb

Bölmə: Dünya › ,
Tarix: 22:50 15.03.2024

İspaniya və ABŞ-da yerləşən yardım təşkilatlarının humanitar yardımını daşıyan gəmi Qəzza sahillərinə çatıb.

 

İspaniyanın “Open Arms” qeyri-hökumət təşkilatı və ABŞ-da yerləşən “World Central Kitchen” təşkilatından 200 ton ərzaq yardımı daşıyan gəmidə düyü, un, paxlalılar, konservlər və protein tərkibli materiallar var.

 

Martın 12-də Cənubi Kipr Rum Administrasiyasının Larnaka limanından yola çıxan və bu gün bölgəyə çatan gəmi, İsrail ordusunun Qəzza zolağına ilk dəfə dəniz yolu ilə çatdırılacaq yardım olacaq. İsrailin 5 aydan çoxdur bombardman etdiyi bu ərazilərə ilk dəfə dəniz yolu ilə yardım olunacaq.

 

Gəminin yükünün Qəzzanın şimalındakı fələstinlilərə hansı mexanizmlə boşaldılacağı və paylanacağı barədə hələlik məlumat yoxdur.

 

İsrail ordusu dünən verdiyi açıqlamada, Kipr adası üzərindən Qəzzaya humanitar yardım aparan gəmini qarşılamağa hazırlaşdığını bildirib.

 

Açıqlamada, “Yardım əməliyyatı İsrail hökuməti və ABŞ administrasiyasının tələbi ilə İsrail ordusu və mülki hakimiyyət orqanları ilə koordinasiyalı şəkildə həyata keçirildi” deyilir.

 

Dünən Yunan qəzetləri yardım materialının İsrail rəsmiləri tərəfindən də əvvəlcədən yoxlanıldığını və Cənubi Kipr Rum Administrasiyasının Larnaka limanından yola düşən gəminin 2 gün ərzində Qəzza sahillərinə çatmasının gözlənildiyini yazmışdı.

 

Mənbə: Trt haber

Fatimə Aslanova