Sərnişinlə qaradərili arasında mübahisə davaya çevrildi

Bölmə: Dünya › ,
Tarix: 22:58 15.03.2024

Amerikada qaçqın olduğu deyilən sərnişinlə qaradərili arasında baş verən mübahisə davaya çevrilib.

 

Qaçqın qaradərili şərnişinin çəkdiyi silahı ələ keçirərək təcavüzkarın başına bir neçə dəfə atəş açıb. Hadisə nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

 

New York polis rəhbəri Michael Kemper "Bunun təsadüfi hadisə olduğuna inanmırıq. Qatarda 2 qrup arasında yaranan mübahisənin nəticəsi olaraq inanırıq. Təəssüf ki, qurbanlardan biri, 34 yaşlı kişi həyatını itirdi" dedi. Polis əməkdaşları hadisə yerində əməliyyatlar aparıblar.

 

Zeynəb Mustafazadə