Bu ölkədə xaricdə nəşr olunan qəzet və jurnalları almaq qadağan ediləcək

Bölmə: Dünya › ,
Tarix: 23:27 15.03.2024

Britaniya hökuməti xarici hökumətlərin Böyük Britaniyada qəzet və xəbər jurnalları almasına qadağa qoyulacağını açıqlayıb.

 

Bu yaxınlarda Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) tərəfindən dəstəklənən RedBird IMI investisiya şirkəti Telegraph qəzetini və həftəlik “Spectator” jurnalını almaq istədiyini açıqlayıb.

 

Hökumət bu istiqamətdə qəbul ediləcək qanunun “mətbuat azadlığının qorunması üçün əlavə addım olacağını” bəyan edib.

 

Ana müxalifət olan Leyboristlər Partiyası da hökumətin bu addımını dəstəkləyəcəyini açıqlayıb.

 

Bu məqsədlə hökumət hazırda Milli Məclisdə müzakirə olunan “Rəqəmsal bazarlar, rəqabət və istehlakçılar haqqında” qanuna maddə əlavə edəcək.

 

RedBird IMI-nin 75 faizi Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti və baş nazirin müavini Şeyx Mansurun sahibidir və o, eyni zamanda “Mançester Siti” klubunun da sahibidir.

 

Hökumət bu qənaətdədir ki, sözügedən qanun tez qəbul olunarsa, bu alışın da qarşısını almaq olar.

 

Satış təşəbbüsünü tənqid edən Spectator-un sədri Endryu Nil hökumətin bu addımından sonra satış imkanının olmadığını deyib.

 

Qanun layihəsinə əlavə edilməsi planlaşdırılan maddəyə görə, əcnəbilərin qəzet və ya xəbər jurnalı alması gündəmə gələndə, ölkədəki rəqabət orqanı bunu yoxlayacaq və xəbər qurumunun bu xəbərlərə uyğun gəlmə ehtimalının olub-olmadığını araşdıracaq. 

 

Aynur Babayeva