Lavrov: "Rusiya Ukrayna ilə danışıqlara hazırdır"

Bölmə: Dünya › ,
Tarix: 21:03 18.03.2024

Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib ki, Moskva Ukraynadakı vəziyyətlə bağlı danışıqlara hazırdır, lakin Ukrayna lideri Vladimir Zelenskinin təklif etdiyi “sülh formulası” üzrə deyil. Bu barədə Rusiya departamentinin saytında bildirilib.

 

Lavrovun bu mövqeyini Çin hökumətinin Avrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Li Hui ilə görüşündə bildirib. “Nazir Rusiya tərəfinin danışıqlar yolu ilə həllə açıq olduğunu təsdiqləyərək, Rusiyanın Zelenski düsturunun xarici qabığından asılı olmayaraq hər hansı fəaliyyətdə iştirakının qəbuledilməzliyini vurğuladı”, - deyə diplomatik departamentin açıqlamasında deyilib.

 

Rusiya XİN rəhbəri xatırladıb ki, danışıqlardan əvvəl Kiyev Rusiya prezidenti Vladimir Putinlə danışıqların aparılmasının mümkünsüzlüyü haqqında qanunu ləğv etməlidir. Həmçinin, Lavrovun sözlərinə görə, Ukrayna Rusiyanın legitim maraqlarını nəzərə almalıdır.

 

Bundan əvvəl Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib ki, rəsmi dəvət alınsa belə, Moskva Ukrayna ilə bağlı İsveçrədə keçiriləcək konfransda iştirak etməyəcək. Konfransın məqsədi Ukrayna lideri Vladimir Zelenskinin “sülh formulunu” müzakirə etmək, həmçinin Ukraynada “ümumi sülh anlaşması”na nail olmaq prosesinə başlamaqdır.

 

Mənbə: Lenta.ru

Tərcümə etdi: Banuçiçək Kalbalıyeva