Tarixdə Bu gün-Səməndər Rzayevin anım günü

Bölmə: Araşdırma › ,
Tarix: 13:27 27.03.2024

Bu gün Azərbaycan teatr və kino aktyoru, qiraət ustası, Azərbaycan SSR əməkdar artisti, Azərbaycan SSR dövlət mükafatı laureatı-Səməndər Rzayevin anım günüdür.

 

Səməndər Rzayev 2 yanvar 1945-ci ildə Ağsuda anadan olub. O, Ağsu rayonundakı dram dərnəyində fəaliyyət göstərib. 1964–1968-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Onun sənət müəllimləri Rza Təhmasib, Mehdi Məmmədov, Adil İsgəndərov olublar. 1968-ci ildə, institutun son kursunda oxuyarkən Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasına baş rejissor Tofiq Kazımovun dəvəti ilə qəbul edilib. Onun ilk rolu Uilyam Şekspirin "Hamlet" faciəsinin tamaşasında Horatsio olub. Aktyor 27 mart 1986-cı ildə Bakı şəhərində vəfat edib. Yasamal qəbiristanlığında dəfn olunub.

 

Kinoşünas Aygün Aslanlı informator.az-a müsahibəsi zamanı Səməndər Rzayev haqqında bunları deyib:

 

"Səməndər Rzayev həqiqətən Azərbaycan kinosunda və teatrında öz yeri olan, sözün hərfi mənasında iz qoymağı bacaran aktyor olub. Səməndər Rzayevin oynadığı bütün rollar yaddaqalandır. Ümumiyyətlə Səməndər Rzayev Azərbaycan İncəsənətində dərin iz qoyub".

 

Həmçinin Aktyor Ötkəm İskəndərovda Səməndər Rzayev haqqında bunları deyib:

 

"Səməndər Rzayev aktyorluğundan əlavə həm də böyük dublyaj və səsləndirmə ustası idi. "İstintaq" filmində Kalyagini səsləndirib, "Kral Lir" də Kralı çox məharətlə dublyaj edib. Biz ondan çox şeyi öyrəndik. Səməndər Rzayev təkrar olunmaz bir sənətkar idi".

 

Yusif Mamedov