Artıq ən yaxşı süni intellekt ChatGPT-4 deyil!

Bölmə: Maraqlı › ,
Tarix: 20:25 28.03.2024

Süni intellekt dünyasında şiddətli rəqabət davam edir. OpenAI-nin GPT-4 əsaslı modeli son zamanların ən güclü modeli kimi göstərilsə də, yeni testlər onun geridə qaldığını ortaya qoydu. Bəs ən yaxşı süni intellekt modeli hansıdır?

 

Süni intellekt sistemlərinin performansını izləyən LMSys Chatbot Arena Leaderboard, Anthropic tərəfindən hazırlanmış Claude-3 Opus modelinin ən yüksək bal topladığını ortaya qoydu. Bu, uzun illər lider olan GPT-4-ün geridə qaldığını göstərir.

 

Liderlik lövhəsi “söhbət döyüşləri” sırasında hakimlər tərəfindən qiymətləndirilib. Münsiflər müxtəlif mövzulardan müxtəlif əmrlər daxil etməklə chatbotları sınaqdan keçirib və müqayisə üçün Elo reytinq sistemindən istifadə ediblər.

 

Claude-3 Opus son reytinq yeniləməsində 1253 Elo xalı ilə birinci olub. İkinci və üçüncü yerləri müvafiq olaraq 1251 və 1248 balla OpenAI GPT-4 modelləri tutub. 

Sıralamanın geri qalan hissəsində Google Gemini Pro modeli 1203 xalla dördüncü, Anthropic-in əvvəlki Claude-3 Sonnet modeli isə 1198 xalla beşinci olub. Bundan əlavə, Çinin Alibaba şirkətinin Qwen1.5 modeli 1148-lə doqquzuncu yeri tutub.

 

GPT-4 keçən il istifadəyə veriləndə çox yüksək standartlara sahib idi. Ancaq Anthropic tərtibatçıları model təlimində GPT-4-ü üstələyə bildilər .Claude Opus da chat döyüşündə +5/-5 xal toplayaraq rekord qırıb.

 

Aydan İsayeva