Diyarbəkirdə "sıfır tullantı" mövzulu moda nümayişi

Bölmə: Dünya › ,
Tarix: 22:18 28.03.2024

Diyarbəkirdəki təkrar emal müəssisəsində sıfır tullantı mövzusu ilə təşkil edilən nümayişdə modellər gəlinlikləri və plastik torbalar, suvaq hörgü, kəndir, kağız və təqvim yarpaqları kimi tullantılardan hazırlanan paltarları təqdim etdi.

 

Prezident Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşı Əminə Ərdoğan 2017-ci ildən Sıfır Tullantı Layihəsi çərçivəsində təkrar emal mədəniyyətini yaymaq üçün işlər aparılır. Diyarbəkirdə gəlinlik dizaynı və istehsalı ilə məşğul olan şirkət,30 Mart Beynəlxalq Sıfır Tullantı Günü çərçivəsində "Sıfır tullantıdan yanayıq" şüarı ilə plastik torbalar, gips torları, kəndirlər vasitəsilə hazırlanan 6 ədəd gəlinlik və paltardan ibarət moda nümayişi təşkil etdi.Şəhərdəki təkrar emal müəssisəsində saxlanılan tullantılar arasında keçirilən moda nümayişində modellər gəlinlik və tullantılardan hazırlanmış rəngarəng paltarlar geyiniblər.

 

Aytac Kərimova 

Mənbə: Habertürk