Diş məcunlarındakı rənglərin mənası varmı?

Bölmə: Maraqlı › ,
Tarix: 23:03 25.06.2024

Diş məcunlarının qablaşdırılması istifadəçiləri məhsulun tərkibi haqqında məlumatlandırmaq üçün nəzərdə tutulub. Bir inanca görə, diş məcunu paketlərinin arxasındakı qara, qırmızı, mavi və yaşıl rəng kodlarının məcunun məzmunu haqqında məlumat verdiyi düşünülür, bəs həqiqət nədir?

 

Diş məcunu necə olmalıdır?

 

Məcunlarda diş minası üçün qoruyucu maddə olan flüor olmalıdır. Diş çürüməsinə səbəb olan şəkər dadlandırıcıları olmamalıdır. Məcunların qurumasının qarşısını almaq üçün qliserin, sorbitol və ksilitol kimi nəmləndirici maddələr olmalıdır.

 

Ağ rəng seçin

 

Dişinizin ehtiyaclarına, həssaslığına və ya quruluşuna uyğun bir formul olmalıdır. Optimal səviyyədə aşındırıcı material (məsələn, kalsium karbonat və ya silisium) ehtiva edən və mümkün qədər ağ olan məcunları seçməkdə diqqətli olun.

 

Rəngli işarələr nə deməkdir?

 

Həm diş məcunu, həm də borularında təqdim olunan bütün digər kosmetik məhsullarda borunun ucunda yerləşmiş, adətən uzun nazik xətt şəklində olan tünd rəngli kodlara “fotosel əlamətləri” deyilir.

 

Fotosel nə edir?

 

Doldurma zamanı boruların düzgün bağlanmasını təmin etmək üçün istehsalda fotosel işarəsi istifadə olunur. Bu işarə sayəsində borunun dizaynına uyğun olmasını təmin etmək üçün lazımi düzəlişlər edilir və sonra arxa ucunda yapışdırma tamamlanır.

 

Rəngli işarələri hər kəs səhv başa düşüb

 

Fotosel işarələrini bir çox insanlar diş məcununun təbiilik səviyyəsini göstəndiyini düşünür. Rənglərin əsas funksiyalarından kənar mənaları olsaydı, onların mənası nə olardı?

 

Bəs rənglərin mənası olsaydı nə olardı?

 

Diş məcunu borularının altındakı rəngli qutuların kimyəvi tərkibini və ya kimyəvi tərkibi nisbətini göstərdiyi iddiası doğrudursa, yaşıl rəng təbii, mavi təbii və dərmanlı, qırmızı təbii və kimyəvi qarışıq, qara isə tamamilə kimyəvi mənasını verəcəkdi.

 

Mənbə: Milliyet 

Tərcümə etdi: Aydan Qasımova