Yaşamaq üçün nə qədər vaxt qaldığınızı bildirən "torlu qişa" haqqında həqiqət

Bölmə: Maraqlı › ,
Tarix: 22:48 28.06.2024

Nə qədər ömrünüzün qaldığını öyrənə bilsəniz, bilmək istərdinizmi? "British Journal of Ophthalmology" jurnalında dərc edilən bir araşdırma gözlərin ömür ilə bağlı bir çox ipucu daşıdığını göstərir.

 

Beynəlxalq tədqiqatçılar qrupunun fikrincə, insanın tor qişasının bioloji yaşı ilə ölüm riski arasında əlaqə var. 47.000 yetkin insan üzərində aparılan araşdırmaya görə, tor qişa bioloji saatla bağlı mühüm məlumatları daşıyır.

 

Gözün arxasındakı vizual məlumatları qeyd edən və işığa həssas olan milyonlarla hüceyrədən ibarət olan qişaya tor qişa deyilir. Araşdırmaya görə, tor qişası bioloji yaşından daha yaşlı görünən fərdlərin növbəti 10 il ərzində ölmə ehtimalı daha yüksəkdir. 

 

Bu araşdırmanın Alzheimer kimi xəstəliklər üçün xəbərdarlıq sistemi olaraq istifadə edilə biləcəyi deyilir. Dr. Mingguang He qeyd edir ki, tor qişa artan ölüm risklərinin araşdırıldığı patoloji prosesləri qiymətləndirmək üçün əlçatan bir pəncərə təqdim edir. 

 

Tədqiqatçılar 11 il ərzində 40-69 yaş arası iştirakçıları təhlil ediblər. Araşdırmada hər kəsin gözünün arxa səthinə nəzər yetirilib. Eyni zamanda məlumat bazasında yarım milyon iştirakçının genetik və sağlamlıq məlumatları qeydə alınıb.

 

Tədqiqat qrupu tor qişanın bioloji yaşını və xronoloji yaşını müqayisə edib tor qişa yaşının bir çox insanlarda fərqli olduğunu aşkar edib. Bu fərqlər ürək xəstəliyi və ya xərçəng riskindən başqa müxtəlif ölüm riskləri ilə əlaqələndirilib. 

 

Bu nəticəyə əsasən, yüksək qan təzyiqi, bədən kütlə indeksi, həyat tərzi fərqləri və etnik mənsubiyyət kimi faktorlar nəzərə alınıb. Tapıntılara görə, elm adamları səbəbli və ya səbəbsiz yaş artımının hər il üçün ölüm riskinin 2% artdığını müşahidə ediblər.

 

Araşdırmalara görə, xəstəlik və ölüm riski yaşa görə inkişaf edərkən eyni yaşda olan insanlarda da tor qişanın transformasiyası dəyişir. Tədqiqatın müəllifləri insanın tor qişasının yaşını dəqiq proqnozlaşdırmaq üçün dərin öyrənmə adlanan süni intellektdən istifadə ediblər.

 

Qrupun sözlərinə görə, sağlamlıq vəziyyəti yaxşı olan iştirakçıların sağ gözündən çəkilmiş 19.200 fundus şəkli ilə nəzərdən keçirilən model təsdiq edilib. Üç il yarım ərzində təxmin edilən retina yaşı ilə faktiki yaş arasında ümumi düzgün əlaqə müşahidə edilib. 

 

Nəticələrə görə, torlu qişası həqiqi yaşından daha yaşlı olan şəxslər “sürətlə qocalma” kateqoriyasına daxil edilib. Bu qrup adətən 3 ildən çox retina yaş fərqinə malikdir. Ümumilikdə, tədqiqatın 28%-də beş illik, 4,5%-də isə 10 ildən çox retinal fərq olub. 

 

Tədqiqatçıların fikrincə, retinanın yaş fərqi ilə ölüm riski arasında davamlı güclü korrelyasiya var. Yaşlanmanın potensial bioloji marker olduğu da qəbul edilir. Bununla belə, hər kəsi tor qişanın təsvirinin böyük potensialı və yaratdığı maraqlı nəticələr təəccübləndirib. 

 

Mənbə: Milliyet 

Tərcümə etdi: Aydan Qasımova