Beyni inkişaf etdirməyin 10 yolu
Bölmə: Maraqlı › ,Tarix: 23:34 28.06.2024
Beyninizi məşq etdirmək üçün sizə lazım olan şey müxtəliflik və maraqdır. Vərdişlərinizi dəyişdirərək həyatınıza müxtəliflik qatmalısınız.
Əgər gözləriniz bağlı vəziyyətdə tapmacaları həll edə bilirsinizsə, bu, beyninizi daha yaxşı məşq etmək üçün yeni bir çağırışa keçməyin vaxtıdır. Yaşadığınız dünya, onun necə işlədiyi və onu necə başa düşdüyünüzlə maraqlanmaq beyninizin tez və səmərəli işləməsini təmin edəcək. Zehni məşq axtarışınıza nail olmaq üçün aşağıdakı təkliflərdən istifadə edə bilərsiniz.
Beyin oyunları oynayın
Beyin məşqləri oyunları beyninizi stimullaşdırmaq üçün əla bir yoldur. Sudoku,
tapmacalar və elektron oyunlar beyin sürətinizi və yaddaşınızı yaxşılaşdıra bilər. Bu oyunlar məntiqə, söz bacarıqlarına, riyaziyyata və s. əsaslanır və əyləncəlidir. Bu oyunları hər gün qısa müddətə də olsa oynamaqla daha çox fayda əldə edəcəksiniz. Saatlar yox, hətta 15 dəqiqə kifayətdir.
Meditasiya
Gündəlik meditasiya ağıl/bədən sağlamlığınız üçün edə biləcəyiniz ən yaxşı şeydir. Meditasiya təkcə sizi rahatlatmır, həm də beyninizi məşq etdirir. Fərqli bir psixi vəziyyət yaradaraq, beyninizi yeni və maraqlı üsullarla cəlb etməklə yanaşı, beyninizin hazırlığını artırırsınız.
Beyninizi qidalandırın
Sağlam yağlar yemək üçün beyninizin sizə ehtiyacı var. Yabanı qızılbalıqdan əldə edilən balıq yağlarını, qoz kimi qoz-fındıq, kətan toxumu və zeytun yağı kimi toxumları istifadə etməyə diqqət edin. Bu qidalardan daha çox və daha az doymuş yağ yeyin. Trans yağları pəhrizinizdən tamamilə çıxarın.
Keçmiş hekayələrinizi danışın
Hekayələr bizim üçün xatirələri birləşdirmək, hadisələri şərh etmək və anları bölüşmək üçün bir yoldur. Həm yeni, həm də köhnə hekayələrinizi danışmağı məşq edin ki, onlar maraqlı, cəlbedici və əyləncəli olsunlar. Bəzi əsas hekayə üsulları insanları həm sizinlə, həm də dediklərinizlə maraqlandıracaq.
Televizorunuzu söndürün
Orta hesabla bir insan hər gün dörd saatdan çox televizora baxır. Televiziya münasibətlər, həyat, əyləncə və daha çox şeyə mane ola bilər. Televizorunuzu söndürün, zehninizi və bədəninizi yaşamağa, məşq etməyə daha çox alışdırın.
Beyninizi çalışdırmaq üçün bədəninizi məşq etdirin
Fiziki məşq də böyük beyin məşqidir. Bədəninizi hərəkət etdirərək beyniniz yeni əzələ bacarıqları öyrənməli, hərəkətlərin məsafəsini təxmin etməli və tarazlığı məşq etməlidir. Beyninizi sınamaq üçün müxtəlif məşqlər seçin, ən yaxşıları sakitləşmək üçün yoqa, diqqəti cəmləşdirmək üçün şahmat və ya stolüstü tennisdir.
Çoxlu müxtəlif kitablar oxuyun
Kitablar istənilən yerə aparıla bilər və sonsuz maraqlı personajlar, məlumatlar və faktlarla doludurlar. Tanış mövzuları oxumağı dayandırın. Əgər siz adətən tarix kitablarını oxuyursunuzsa, müasir romanı sınayın. Xarici müəllifləri, klassikləri və digər növ kitabları oxuyun. Beyniniz nəinki müxtəlif zaman dövrlərini, mədəniyyətləri və insanları təsəvvür edərək məşq edəcək, həm də müasir həyat və sözlər arasında qurduğunuz əlaqələr haqqında maraqlı hekayələriniz olacaq.
Yeni bir bacarıq öyrənin
Yeni bir bacarıq öyrənmək beynin bir çox sahəsini əhatə edir. Yaddaşınız işə düşür, yeni hərəkətlər öyrənir və hadisələri fərqli şəkildə əlaqələndirirsiniz. Şekspiri oxumaq, yemək bişirməyi öyrənmək və zərgərlik dizaynı beyninizə meydan oxuyacaq, sizə düşünmək üçün nəsə verəcək.
Sadə dəyişikliklər edin
Biz rutinlərimizi sevirik. Saatlarla edə biləcəyimiz hobbilərimiz və əyləncələrimiz var. Ancaq bir şey nə qədər çox “vərdiş” olarsa, beynimiz bunu etmək üçün bir o qədər az işləməlidir. Beyninizin gənc qalmasına həqiqətən kömək etmək üçün ona meydan oxuyun. Ərzaq mağazasına gedən marşrutu dəyişdirin, qapıları açmaq üçün digər əlinizdən stifadə edin. Bütün bunlar beyninizi vərdişlərdən oyanmağa və yenidən diqqət yetirməyə məcbur edəcək.
Beyninizi tərbiyələndirin
Beyin təlimi bir tendensiyaya çevrilir. Beyninizi daha yaxşı və daha sürətli işləməyə necə öyrədəcəyiniz barədə proqramları olan kurslar, vebsaytlar və kitablar var. Bu proqramlar bəzi araşdırmalara əsaslanır, lakin əsas prinsiplər yaddaş, vizuallaşdırma və düşünmədir. Hər gün bu üç anlayış üzərində işləyin və beyniniz hər şeyə hazır olacaq.
Mənbə: deryauluduz.com
Tərcümə etdi: Aydan Qasımova