Türkiyəni narahat edən məsələ...-POLİTOLOQDAN ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:40 10.07.2024

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun fəaliyyətindən razı olmadığını bildirib.

 

Bəs tərəflər arasında əsas ziddiyyətli məsələ nədir ?

 

Mövzu ilə bağlı "informator.az"a müsahibə verən politoloq Xəyal Bəşirov bildirib ki, Türkiyə təkcə NATO-nun fəaliyyətindən yox, ümumilikdə Qərb dövlətlərindən narazıdır:

 

"NATO-ya üzv olan dövlətlər kollektiv Qərbin aparıcı dövlətləridir. Bu dövlətlər eyni zamanda Aİ(Avropa İttifaqı)yə üzv olan dövlətlərdəndir. Əfsuslar olsun ki, Aİ-yə üzv olaraq qəbul edilməyən Türkiyə, Qərbin bu siyasətindən narazıdır. Türkiyənin hərbi gücündən istifadə etmək istəyən dövlətlər, Türkiyə ilə iqtisadi əməkdaşlıqdan boyun qaçırırlar. Türkiyə Aİ-yə üzv olmaq üçün əlindən gələni edib, səy göstərib, lakin qəbul edilməyib".

 

Politoloqun sözlərinə görə, Türkiyənin həm iqtisadi imkanları, həm də coğrafi üstünlüyü onu deməyə əsas verir ki, Türkiyə Aİ-nın fəaliyyətinə töhfə versin:

 

"Digər üzvlərlə müqayisədə biz bunun şahidi oluruq. NATO-nun 75 illik sammiti keçirilir. Bu sammit zamanı NATO-nun bu günə qədər yürütdüyü siyasətlə bağlı bir sıra ciddi problemləri danışılır.

Məhz bu problemlər Türkiyə üçün narahat edicidir. Rusiya-Ukrayna müharibəsi faktiki olaraq Rusiya-NATO müharibəsinə çevirilib və NATO-ya üzv ola bir sıra dövlətlərin bu məsələdə mövqeyi fərqlidir. Ciddi fikir ayrılıqları var. Fikir ayrılıqları olan dövlətlər sırasında Türkiyənində adı var. Biz bilirik ki, bu dövlətlər NATO-nun Rusiya qarşı səfərbər olmasında maraqlı deyillər. Türkiyə müharibənin başladığı ilk zamanlardan danışıqların tərəfdarı olduğunu bildirib, amma NATO-da əsas söz sahibi olan dövlətlər fərqli düşünürlər. Mümkün qədər prosesin uzanmasını istəyirlər. Ukraynaya bütün istiqamətlərdə dəstək göstərən NATO, faktiki olaraq döyüş meydanında həll edici rol oynayan canlı qüvvə verməkdə tərəddüd edir. Türkiyə və NATO arasında əsas fikir ayrılığı olan mövzu budur. Eyni zamanda aparıcı dövlətlər Türkiyəyə qarşı mövqe ortaya qoyurlar. Fransa Türkiyəyə qarşı bütün imkanlarından istifadə edir".

 

Vüqar Alışov