"Paşinyanın addımları yeni münaqişələr üçün bir qığılcım rolunu oynayır"-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 21:58 18.07.2024

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.

 

İkitərəfli əlaqələr baxımından görüş hansı əhəmiyyətə malikdir?

 

Məsələ ilə bağlı politoloq Elşad Həsənov "informator.az"a açıqlamasında qeyd edir ki, bu gün Oksfordda yerləşən Venheym sarayında baş tutan Avropa siyasi Birliyinin 4-cü zirvə toplantısında 47-ə yaxın ölkənin dövlət başçıları iştirak edib:

 

"Burada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə dəyirmi masa ətrafında enerji və bağlantı mövzusunda, ikitərəfli münasibətlərin yaxşılaşdırılması, ölkələrarası iqtisadi məsələlər kimi bir sıra mövzular barədə müzakirələr ediblər. Eləcə də Macarıstanın Baş naziri Viktor Orbanla da müxtəlif məsələlərlə bağlı danışıqlar olub. Sözü gedən görüşdə 2022-ci ildə baş tutan ilk mərhələdə olduğu kimi, yenə də enerji böhranı, onun aradan qaldırılması yolları və bundan əlavə Ukraynanın müharibədən sonrakı dövrdə bərpa olunması ilə bağlı görüləcək tədbirlər layihəsinə də toxunulub".

 

Politoloqun sözlərinə görə, bunların hər biri ölkəmiz üçün atılan müsbət addımlar sırasında yer alır:

 

"Ölkə başçımızla görüşməkdən imtina edən Nikol Paşinyan bununla sülh müqaviləsinin bağlanmasına zərbə vurduğunun fərqində deyil. Paşinyan müstəqil siyasətçi deyil, Fransa, ABŞ kimi ölkələrin müxtəlif dairələrindən idarə olunur. Bundan savayı, Ermənistan müxtəlif ölkələrdən silah yardımı almaqla da öz revanşiz fikirlərini sərgiləyir ki, bu da yeni münaqişələr üçün bir qığılcım rolunu oynayır".

 

Aytac Kərimova