Karlo Ançelotti tarix yazdı
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202408/4813509_2.jpg)
Tarix: 22:42 15.08.2024
"Real Madrid" UEFA Superkubok matçında "Atalanta"nı Valverde və Mbappenin qolları ilə 2:0 hesabı ilə məğlub edərək bu kuboku ən çox qazanan komanda olub. "Real Madrid"in təcrübəli baş məşqçisi Karlo Ançelotti də bu qələbə ilə tarixdə adını çəkib.
2024-cü il UEFA Superkubokunun finalında Çempionlar Liqasının sonuncu çempionu Real Madrid Polşanın Varşava Milli Stadionunda Federiko Valverde və Kylian Mbappenin qolları ilə matçda Avropa Liqasının sonuncu qalibi Atalantanı 2:0 hesabı ilə məğlub etdi və kuboku muzeyinə apardı. Bu qələbə ilə "Ağlar" hərəyə 5 çempionluq olan "Barselona" və "Milan"ı üstələyib və UEFA Superkubokunu ən çox qazanan komanda olub. Real Madrid UEFA Superkubokunu, 2002-ci ildə "Feyenoord", 2014 və 2016-cı ildə "Sevilya"nı 2017-ci ildə "Mançeste Yunayted"i və 2022-ci ildə "Ayntraxt Frankfurt"a qalib gələrək kuboku qaldırıblar. İspaniya komandası finalda 1998-ci ildə "Çelsi", 2000-ci ildə "Qalatasaray" və 2018-ci ildə "Atletiko Madrid"ə uduzub.
ANCELOTTI QVARDIOLA-nı keçib!
Real Madridin baş məşqçisi Karlo Ançelotti karyerasında 5-ci superkubok oyunudur. O, Superkubokda qələbə qazanaraq yeni zəmin yaradıb. İtaliyalı məşqçi 4 çempionluğu olan Pep Qvardiolanı geridə qoyaraq Superkuboku ən çox qazanan məşqçi olub. Təcrübəli məşqçi 2003 və 2007-ci illərdə Milan, 2014 və 2022-ci illərdə isə Real Madrid ilə Superkuboklarda qələbə qazanıb.
Mənbə:Habertürk
Hüseyn İlyasov