ABŞ-də dövlət aparatının ixtisarı-Əsl məqsəd nədir?
![](/sekil.php?w=450&h=0&zc=1&src=/upload//202502/5932145_.jpeg)
Tarix: 22:58 11.02.2025
Tramp administrasiyasının yaratdığı Hökumət Effektivliyi Departamentinin (DOGE) əməkdaşları cəmi bir həftə ərzində ABŞ dövlət qurumlarının dəhlizlərində dolaşaraq, sürətlə bürokratik aparatı yenidən qurmağa və ixtisara başlamağa girişiblər.
Buna cavab olaraq, Demokratlar Partiyasının nümayəndələri, həmkarlar ittifaqları və QHT-lər məhkəmələrə müraciət edərək, DOGE-nin nəzarətsiz fəaliyyət göstərdiyini və səlahiyyətlərini aşdığını iddia ediblər. 4 fevral çərşənbə axşamı Demokratlar Partiyasının aparıcı konqresmenləri Prezident Trampa məktub ünvanlayaraq, DOGE əməkdaşlarının federal qurumlara daxil olmaq, məxfi otaqlara və konfidensial məlumat bazalarına giriş tələb etməsi ilə bağlı dərin narahatlıqlarını bildiriblər. Məktubda vurğulanıb ki, DOGE-nin bu addımları "milli təhlükəsizliyə, həmçinin amerikalıların şəxsi həyatına və vətəndaş azadlıqlarına böyük risk yaradır".
Mənbə: Deutsche Welle ( Dw)
Zəhra Məmmədova